Azərbaycanda AZQR ilə ödənişlərin tətbiqi genişləndirilir

Azərbaycanda AZQR standartı üzrə ödənişlərin tətbiqində növbəti mərhələyə keçid edilib. 2024-cü ilin avqust ayından etibarən ABB-nin POS-terminallarında AniPay QR vasitəsilə ödəniş imkanı istifadəyə verilib.

Bu barədə ABB-nin Tərəfdaşlıq Əlaqələri Departamentinin direktor müavini Afag Yusifzadə Linkedin platformasında məlumat verib.

Məlumata görə, ilkin mərhələdə AZQR ilə ödənişlər əsasən ABB Mobile tətbiqi üzərindən həyata keçirilib. Sonradan müştəri təcrübəsinin sadələşdirilməsi məqsədilə tətbiqdə widget funksiyası əlavə olunaraq QR oxutma prosesi birbaşa keçid formasında optimallaşdırılıb.

Mərkəzi Bankın dəstəyi ilə hesab əsaslı ödəniş metodlarının təşviqi çərçivəsində digər banklar da mərhələli şəkildə AZQR standartlı QR kodların oxudulmasını öz mobil tətbiqlərində aktivləşdirir. Hazırda 5 bankın mobil tətbiqi vasitəsilə AZQR ödənişləri real mühitdə dəstəklənir.

Bildirilib ki, ABB-nin POS-terminalları AZQR ödənişlərini qəbul etməyi dəstəkləyir. Növbəti mərhələdə bazarda AZQR standartını dəstəkləyən mobil tətbiqlərin sayının artırılması nəzərdə tutulur.

Qeyd olunub ki, AZQR ödənişləri satış məbləğinin partnyor hesabına dərhal mədaxil edilməsidaha sərfəli bank komissiyaları kimi üstünlüklər təqdim edir və bu da həllin ticarət tərəfdaşları üçün cəlbediciliyini artırır.

spot_imgspot_img

Oxşar xəbərlər

“AniPay” mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır

Mərkəzi Bank tərəfindən 4 mart 2026-cı il tarixindən etibarən...

Azərbaycanda “Süni İntellektə Hazırlıq İndeksi” hazırlanacaq

Azərbaycanda 2027-ci ilin iyun ayına kimi dövlət "Süni İntellektə...

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik Fəaliyyət Planı təsdiqlənib

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib. "Report" xəbər...

Azərbaycanda süni intellekt təhlükəsizliyinə dair tələblər formalaşdırılır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti süni intellekt...

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankının Rəqəmsal Valyuta Platforması tətbiq etməsi və...
spot_img