200 min ədəd Apple Vision Pro satılıb

Rəsmi olaraq 2 Fevralda satışa çıxarılacaq olan Apple Vision Pro, 19 Yanvarda ön sifarişə açılmışdı. O gündən bəri isə təxminən 200 min ədəd Vision Pro satıldığı iddia edilir.

Apple’ın uzun müddətdir gözlənilən karma realiti gözlüyü 2 Fevralda rəsmi olaraq satışa çıxır. Lakin bundan əvvəl şirkət məhsulu ön sifarişə açmışdı və buna görə də indi təxminən 200 min Apple Vision Pro satıldıdığı güman edilir.

Apple, Vision Pro üçün ön sifarişləri 19 Yanvarda qəbul etməyə başlamışdı, beləliklə karma realiti gözlüyü ABŞ-da 10 gündür ki, alınması mümkün idi. Keçən bazar ertəsi günü Apple analisti Ming-Chi Kuo, Apple’ın cihaz üçün ön sifariş həftə sonu boyunca təxminən 160 min ila 180 min Vision Pro birimi sattığını iddia etmişdi. Hazırki məlumatlara baxıldığında isə satışların o zamandan bəri bir az yavaşladığını görmək mümkündür.

Buraxıldığı gün evə çatdırılan Vision Pro qulaqlıqları, ön sifarişlərin başlanmasından bir neçə saat sonra tükənmişdi və qısa bir müddət sonra mağazadan alma seçimləri əlavə edilmişdi. Beləliklə ilk sifarişlərin ardından qulaqlığa olan marağın bir az azalmaya başlaması da qəribə səslənmir.

Ming-Chi Kuo, Vision Pro’ya olan tələbin sürətlə azala biləcəyini deyir. Qulaqlığın qiyməti 3,500 dollardır və bu qiymət bir çox müştərinin büdcəsini aşır. Apple’ın təxminən yarım milyon Vision Pro qulaqlıq istehsal etməsi gözlənilir.

Yeri gəlmişkən YouTube və Spotify’ın Apple Vision Pro üçün tətbiq dəstəyi verməyəcəyini xatırladaq. Həmçinin Apple Vision Pro təmirinin maliyyətinin 2,399 dolları da iddia edilirdi. Bu da məhsulun alınmasında və ya alınmamasında vacib bir məqam ola bilər.

spot_imgspot_img

Oxşar xəbərlər

Anthropic Nscale ilə 45 milyard dollarlıq süni intellekt infrastrukturu müqaviləsi imzaladı

Anthropic, Nscale ilə 45 milyard dollarlıq infrastruktur müqaviləsi imzalayaraq hesablama gücünü artırır.

Fashion startup Atorie raises $9.5M to bring consumers luxury goods without the markup

Atorie, lüks malları daha əlverişli qiymətə təqdim etmək üçün 9,5 milyon dollar investisiya toplayıb.

Bitcoin araşdırmaçıları kvant həlli təklif edir: əməliyyatlar sıxışdırılmayacaq

Bitcoin tədqiqatçıları, kvant təhlükələrinə qarşı SHRINCS metodunu təklif edirlər.

Bitfinex Securities tokenləşdirilmiş nikel ticarəti üçün 50 milyon dollar toplayır

Bitfinex Securities tokenləşdirilmiş nikel ticarəti üçün 50 milyon dollar toplayıb.

Ağsuda salınan badam bağlarının məhsulu xarici bazarlara da çıxarılacaq

Ağsuda salınan badam bağlarının məhsulu yığılır və xarici bazarlara ixrac olunacaq.
spot_img