Azərbaycan fintex alyansı yaratmaq istəyir

Azərbaycan fintex alyansı yaratmaq üçün danışıqlar aparır.

Bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Ruslan Talıbov bildirib.

“Biz artıq regionun əksər ölkələri ilə əlaqələr qurmuşuq. Gələn ay fintex alyansının yaradılması üzrə işlərə başlayacağıq. Hazırda Türkiyə ilə danışıqlar aparır və nəticələri gözləyirik. Xəbər olduqca sizi məlumatlandıracağıq. Eyni zamanda müxtəlif şirkətlərlə əməkdaşlıq layihəmiz var, qarşılıqlı anlaşmaya dair memorandumlar imzalanıb”, – deyə o qeyd edib.

“Biz sahənin inkişafına əməkdaşlıq yolu ilə diqqət yetiririk. Məsələn, hansısa ölkədə fintex sektoru daha yaxşı inkişaf edibsə, onlar bizim üçün vebinarlar təşkil edir və təcrübələrini bölüşür. Məsələn, son vebinar Polşanın fintex ekosistemi ilə birgə təşkil olunub. Onlar öz sistemləri haqqında danışıb, biz də öz sistemimiz barədə məlumat vermişik. Tədbir zamanı iki Polşa və iki Azərbaycan şirkəti öz layihələrinin təqdimatını keçirib, və əməkdaşlıq imkanlarını müzakirə edib”, – deyə o əlavə edib.

spot_imgspot_img

Oxşar xəbərlər

İnnovasiya ekosistemi oyunçularının sertifikatlaşdırılması və akkreditasiyası proqramına yekun vurulub

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Qlobal İnnovasiya İnstitutu...

Azərbaycanda dövlət və özəl poçt şirkətləri arasında rəqabət mübahisəsi: sahibkar narazılıq edir

“Azərpoçt” MMC-nin beynəlxalq onlayn ticarət platforması Temu ilə əməkdaşlığa...

Dövlət şirkəti “Azərpoçt” da “Temu”dan alınan malları daşıyacaq

“Azərpoçt”un “Postcargo” brendi “Temu” platforması ilə birgə fəaliyyətə başlayıb....

“Azərikard”dan Mərkəzi Bankın qərarı ilə bağlı AÇIQLAMA

“Azərbaycan Respublikasının Mərkəzi Bankı “Azərikard” prosessinq mərkəzinin lisenziyasında elektron...

Wolt yeni “Packages” funksiyanı təqdim edir: İndi əşyaları yemək sifarişi qədər asan göndərə bilərsiniz!

Wolt-un Azərbaycandakı istifadəçiləri üçün əla xəbər! Artıq Wolt tətbiqində yalnız...
spot_img