Azərbaycanlıların qurucusu olduğu “Corpowid” Türkiyədə 2 milyon TL-dən artıq mükafat qazandı

“Corpowid Rəqəmsal Müyəssərlik Həlləri” şirkəti 7400-dən artıq startap arasından seçilərək 50 şirkətin təmsil olunduğu Böyük Finala vəsiqə qazanıb.

Dünyada ən yaxşı universitet inkubasiya mərkəzi seçilən İstanbul Teknik Universiteti İTÜ Arı Teknokent tərəfindən təşkil edilmiş ənənəvi “BigBang Startup Challange” yarışmasında azərbaycanlıların qurucusu olduğu Corpowid Rəqəmsal Müyəssərlik Həlləri şirkəti 7400-dən artıq startap (startup) arasından seçilərək 50 şirkətin təmsil olunduğu Böyük Finala vəsiqə qazanmışdır. 

Finalda Türkiyənin ən böyük holdingləri qarşısında çıxış edən şirkətin təqdim etdiyi innovativ həllər böyük maraqla qarşılanmışdır. Nəticədə ən çox dəstək alan 7-ci startap seçilən Corpowid 2 milyon Türk Lirəsindən artıq nağd pul və mükafatlar qazanmışdır.

Qeyd edək ki, ötən il bu mötəbər müsabiqənin finalına çıxmış 40 startap 2024-cü il ərzində 392 milyon ABŞ dolları bazar dəyəri ilə 71 milyon ABŞ dolları investisiya almışdır.

Corpowid rəqəmsal müyəssərlik həlləri təqdim edən texnologiya startap şirkətidir. Hazırda dünyada 1 milyarddan çox insan üçün dünya internet resurslarının 96 %-i əlçatan deyildir. Şirkətin təqdim etdiyi süni intellektlə dəstəklənən xüsusi proqram təminatı istənilən internet saytına asanlıqla inteqrasiya olunur və saytları görmə, eşitmə, disleksiya, epilepsiya, Parkinson, koqnitiv motor xəstəlikləri və yaşa bağlı digər məhdudiyyətləri olan şəxslər üçün əlçatan edir.

Corpowid fəaliyyətinə 2024-cü ildə başlamış və artıq 5 ölkədə 100-dən artıq müştəriyə xidmət göstərməkdədir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən keçirilən nüfuzlu IDDA Awards-da İlin Kəşfi nominasiyasında qalib olmuş və Netty 2024 Milli İnternet Mükafatının Sosial Məsuliyyət və Cəmiyyət kateqoriyasını qazanmışdır.

spot_imgspot_img

Oxşar xəbərlər

“AniPay” mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır

Mərkəzi Bank tərəfindən 4 mart 2026-cı il tarixindən etibarən...

Azərbaycanda “Süni İntellektə Hazırlıq İndeksi” hazırlanacaq

Azərbaycanda 2027-ci ilin iyun ayına kimi dövlət "Süni İntellektə...

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik Fəaliyyət Planı təsdiqlənib

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib. "Report" xəbər...

Azərbaycanda süni intellekt təhlükəsizliyinə dair tələblər formalaşdırılır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti süni intellekt...

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankının Rəqəmsal Valyuta Platforması tətbiq etməsi və...
spot_img