Avropa İttifaqı Shein-i manipulyasiyada və müştərilərə alış-veriş etmədikləri üçün utanma hissi aşılamaqda ittiham edib

Avropanın 21 ölkəsindən olan istehlakçı təşkilatları Shein-ə qarşı şikayət ərizəsi təqdim ediblər.

Avropa İstehlakçılar Təşkilatı (BEUC) The Guardian-a istinadən bildirir ki, onlar Shein-in istifadəçiləri alış-verişə məcbur etmək üçün manipulyativ üsullardan — “qaranlıq nümunələr”dən (dark patterns) istifadə etdiyini sübut edən 29 səhifəlik sənəd hazırlayıb.

Bu üsullara daxildir:

  • saxta geri sayım taymerləri,
  • guya məhsulun tükənmək üzrə olması ilə bağlı xəbərdarlıqlar,
  • təkrarlanan israrlı bildirişlər,
  • “faydanı qaçırma qorxusu” (FOMO) effekti yaratmaq,
  • sayt və ya tətbiqdə məcburi qeydiyyat,
    və daha bir çox psixoloji təsir üsulu.

Bundan əlavə, Shein “confirm shaming” adlı texnikadan istifadə edir — bu, istifadəçinin alış etmədikdə özünü narahat və ya günahkar hiss etməsinə səbəb olan üsuldur. Təşkilat bu halın konkret nümunələrini təqdim etməsə də, Shein-in “məhsul tükənir”, “kampaniya tezliklə bitəcək” kimi marketinq iddialarını əsaslandıracaq real məlumatları açıqlamasını tələb edir.

BEUC bəyan edir ki, bu cür marketinq yanaşmaları ədalətli ticarət prinsiplərini pozur və həm istehlakçılara, həm də cəmiyyətə zərər verir — yəni:

  • lazımsız xərclərin artmasına,
  • geyinilməyən paltarlarla dolu qarderoblara,
  • və ekologiyaya zərər verən istehsalın təşviqinə səbəb olur.

Shein bu ittihamları rədd edib və BEUC-un “birbaşa dialoqun aparılmasından imtina etməsinə görə” məyusluq ifadə edib.

Şikayət, Avropa Komissiyasının Shein-i istehlakçı hüquqlarını pozmaqda ittiham etməsindən dörd ay sonra təqdim olunub. 2025-ci ilin may ayında Avropa tənzimləyici orqanları Shein-ə öz fəaliyyətini Aİ qanunvericiliyinə uyğunlaşdırmağı tələb etmiş, əks halda şirkətə cərimə tətbiq ediləcəyini bildirmişdi.

spot_imgspot_img

Oxşar xəbərlər

“AniPay” mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır

Mərkəzi Bank tərəfindən 4 mart 2026-cı il tarixindən etibarən...

Azərbaycanda “Süni İntellektə Hazırlıq İndeksi” hazırlanacaq

Azərbaycanda 2027-ci ilin iyun ayına kimi dövlət "Süni İntellektə...

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik Fəaliyyət Planı təsdiqlənib

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib. "Report" xəbər...

Azərbaycanda süni intellekt təhlükəsizliyinə dair tələblər formalaşdırılır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti süni intellekt...

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankının Rəqəmsal Valyuta Platforması tətbiq etməsi və...
spot_img