Amerikalı Citibank-ı məhkəməyə verib — səbəb: bankın onu dələduzlara pul köçürməyə “imkan verməsi”

İddiaçı Maykl Zidel 4 milyon dolları dələduzların Citibank-da saxladıqları hesablara göndərib. Ümumilikdə isə o, təxminən 20 milyon dollar itirib.

2023-cü ildə Zidel sosial şəbəkələrdə tanış olduğu “onlayn rəfiqəsi”nin təklifi ilə NFT-yə investisiya qoymağa qərar verib. Həmin şəxs ona “trading” platforması məsləhət görüb, Zidel orada qeydiyyatdan keçib və “aktivlər alıb”. Platformanın ödəniş üçün müxtəlif banklara köçürmə tələb etməsi — guya “müştərilərin böyük depozit həcmlərinə görə” — onu şübhələndirməyib. Bir neçə ay sonra isə sayt bağlanıb.

İndi Zidel Citibank-ı səhlənkarlıqda günahlandırır:

“Bank belə böyük məbləğlərlə açıq-aşkar şübhəli əməliyyatları görməli idi, amma heç nə etmədi. Buna görə hesab edirəm ki, o, dələduzlara şərik olub.”

Citibank hələ ki, iddia ilə bağlı rəsmi şərh verməyib. Zidel-in digər banklara da qarşı məhkəmə iddiası qaldırıb-qaldırmayacağı isə bilinmir.

ProPublica yazır ki, ABŞ və digər ölkələrin maliyyə qurumları bənzər dələduzluq sxemlərinin geniş yayılmasına baxmayaraq, müştərilərin yoxlanılması və çirkli pulların yuyulmasının qarşısını almaq üçün “sistemli şəkildə” yetərli tədbirlər görmürlər. Amerikalı banklarda hesabları “icarəyə götürmək” sosial şəbəkələrdəki “qara bazar” vasitəsilə mümkündür. Dələduzlar bu hesablar vasitəsilə “qurbanlardan” alınan pulları kriptovalyutaya çevirirlər.

Bu sxemi əsasən müasir dövrün “ən güclü cinayət şəbəkəsi” hesab edilən Çin qruplaşmaları həyata keçirirlər. Onlar Kamboca, Laos və Myanmada mühafizə olunan düşərgələr idarə edir, buradan internet vasitəsilə dünya üzrə qurban axtarır və onları mərhələli şəkildə “investisiyalara” inandırırlar. Bu dələduzluq sxemi “donuz kəsimi” adlanır və Çin sindikatlarına ildə təxminən 44 milyard dollar qazandırır.

spot_imgspot_img

Oxşar xəbərlər

Bolt Azərbaycanda ilk sahibkarlıq akselerasiya proqramını elan etdi

Texnoloji nəqliyyat platforması Bolt, Azərbaycanda fəaliyyət göstərən sürücü və...

Whelp və CibPay əməkdaşlığa başlayıb

Azərbaycanın süni intellekt texnologiyaları sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərindən...

Azərbaycan bankları ödənişlərdə “Az-QR” standartına keçəcək

Azərbaycanda bütün ödəniş nöqtələrində alıcılara "QR"la ödənişlər təklif ediləcək. Bu...

Pasha Holding Sea Breeze ərazisində çatdırılma üçün yeni mobil tətbiq istifadəyə verib

İT innovasiya sahəsində fəaliyyət göstərən Competo MMC (Paşa Holdinqin...

OpenAI-dən Yeni Dövrün Başlanğıcı: ChatGPT Agent Artıq Kompüterinizin Əsl Operatorudur

OpenAI tənbəllər üçün deyil, gələcəyin istifadəçisi üçün nəzərdə tutulan...
spot_img