AMB ödəniş kartlarının təhlükəsizliyinə dair məcburi standartlar tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn ildən bütün banklarda ödəniş kartlarının təhlükəsizliyi ilə bağlı məcburi standartlar tətbiq edəcək.

Bunu qurumun İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamentin direktoru Elnur Eyvazlı Bakıda keçirilən “Süni İntellekt Əsrində Maliyyə Kibertəhlükəsizliyinin Gələcəyi” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, AMB PCI DSS standartını (Payment Card Industry Data Security Standard) bütün banklar və ödəniş təşkilatları üçün tətbiq etməyi planlaşdırır: “Ödəniş sahəsində PCI DSS adlı beynəlxalq təhlükəsizlik standartı mövcuddur. Gələn ildən etibarən bu standart üzrə sertifikatlaşdırmanın təkcə prosessinq mərkəzi olan banklar üçün deyil, prosessinqi olmayan banklar üçün də hər il məcburi şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Eyni yanaşmanın ödəniş təşkilatlarına da tətbiq olunması planlaşdırılır. Məqsəd maliyyə sektorunda təhlükəsizlik və etibarlılığı daha da artırmaqdır”

AMB rəsmisi qeyd edib ki, məlumatların keyfiyyəti və təmizliyinin təmin edilməsi istiqamətində də işlər aparılır: “Məsələn, KYC və digər sistemlərdə daxil olan məlumatlar digər məlumatlarla uyğun gəlmədikdə, düzgün məlumat müvafiq platformalardan götürülərək dəqiqləşdirilir və səhv məlumat göndərən tərəfə bu barədə dərhal bildiriş göndərilir. Bununla da sektor üzrə məlumatların dəqiqliyinin və təmizliyinin təmin edilməsi hədəflənir”.

spot_imgspot_img

Oxşar xəbərlər

Revolut avroya bağlı EURR steyblkoinini istifadəyə verib

Revolut avroya bağlı yeni steyblkoin EURR-nin buraxılışını elan edib. Bu, Stripe-ə məxsus Bridge tərəfindən buraxılır.

XRP-nin 44% artımı leverec riskini artırır

XRP-nin 44% artımı leverec səviyyəsini yüksəldib və bazarın daha kəskin düşə biləcəyi riskini artırır.

BlackRock Bitcoin ETF-nin minimum mübadilə həddini 1 milyon dollara endirdi

BlackRock Bitcoin ETF-də minimum mübadilə həddini 1 milyon dollara endirib. Bu, iri investorlar üçün self-kustodiyadan ETF-ə keçidi asanlaşdırır.

Wildberries anbarında yanğın: Təcili evakuasiya

Wildberries-in Tambov vilayətindəki anbarında PUA hücumu nəticəsində yanğın baş verib. İşçilər evakuasiya edilib, çatdırılmalarda gecikmələr gözlənilir.

Google hüquq sektoru üçün Gemini Enterprise AI alətlərini təqdim edir

Google, hüquq büroları üçün Gemini Enterprise AI alətlərini təqdim edib. Bu alətlər vəkillərin sənəd təhlilini sürətləndirəcək.
spot_img