Amazon-dan süni intellekt şirkəti Anthropic-ə $2.75 mlrd yatırım edib

Amazon, süni intellekt şirkəti Anthropic -ə 2,75 milyard dollar yatırım edib və beləliklə Amazonun Antropic-ə etdiyi topma yatırım həcmi 4 milyar dollara çatıb.

Bəyanatda bildirilir ki, sənaye meyarlarına görə, model ailəsinin ən ağıllısı olan Claude 3 Opus, əsaslandırma, riyaziyyat və kodlaşdırmada OpenAI-nin GPT-4 də daxil olmaqla, digər mövcud modelləri üstələməklə yeni standart müəyyən edir.

Açıqlamada, məhsuldar süni intellektin inkişafı istiqamətində əməkdaşlığın dərinləşdirildiyi və ötən ilin sentyabrında Anthropic-ə 1,25 milyard dollarlıq ilkin sərmayə qoyulmasından sonra bu gün 2,75 milyard dollarlıq əlavə sərmayə qoyularaq, ümumi sərmayənin 4 milyard dollaradək artırıldığı bildirilib.

ABŞ mətbuatında çıxan xəbərlərdə Amazonun bu investisiyasının şirkətin otuz illik tarixində ən böyük xarici investisiya olduğu bildirilib. Şirkət 2023-cü ilin sentyabrında Anthropic-ə 4 milyard dollara qədər sərmayə qoyacağını və şirkətdə azlıq payına sahib olacağını açıqlamışdı.

Bildirilib ki, əməkdaşlıq Anthropic-in gələcək əsas modellərinin inkişafını sürətləndirmək və onları bulud hesablama xidmətləri göstərən Amazon Web Services (AWS) müştəriləri üçün geniş şəkildə əlçatan etmək məqsədi daşıyır.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...
spot_img