ABŞ Poçt Xidməti Çin Dövlət Poçt Operatorlarından Bəzi Bağlamaların Qəbulunu Dayandırdı

“Növbəti bildirişədək” məhdudiyyət qüvvədədir.

ABŞ Poçt Xidməti (USPS) bəyan edib ki, Çin və Honq Konq dövlət poçt operatorlarından gələn bəzi bağlamaların qəbulunu dayandırıb. Bununla belə, məktublar, böyük konvertlər, qəzetlər və jurnallar qəbul edilməyə davam edəcək.

Məhdudiyyətlər özəl poçt xidmətlərinə də şamil edilirmi?
USPS, CNBC-nin bu sualına yalnız rəsmi açıqlamanı istinad edərək cavab verib. Bildirilir ki, qərar yalnız dövlət operatorları – China Post və Hongkong Post üçün keçərlidir. Digər təfərrüatlar açıqlanmayıb.

Səbəb nədir?
Morningstar analitikləri güman edirlər ki, bu qərar vergi dəyişikliklərinə uyğunlaşmaq üçün atılmış addımdır. Belə ki, 4 fevral 2025-ci ildən etibarən ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi yeni gömrük rüsumları qüvvəyə minib.

Trampın yeni tarifləri hansı məhsullara şamil edilir?
Bu tariflər dəyəri $800-a qədər olan bağlamalara da tətbiq olunur. Halbuki əvvəllər bu məbləğə qədər olan mallar istisna edilirdi. 2024-cü ilin maliyyə ilində ABŞ-a göndərilən belə bağlamaların dəyəri $1,4 milyard təşkil edib – bu, 2022-ci illə müqayisədə iki dəfə çoxdur.

Bu bağlamalar əsasən Çinin e-ticarət nəhəngləri – Alibaba, Temu, Shein və JD.com üzərindən verilən sifarişlərdən ibarət olub.

Yeni məhdudiyyətlər nə üçün tətbiq olunur?
ABŞ hökuməti bildirib ki, bu “boşluq” Çin satıcılarına mallarını gömrükdə ciddi yoxlamalardan yan keçməklə göndərməyə imkan verirdi. Eyni zamanda, bu, Çin e-ticarət platformalarına ABŞ-ın fiziki mağazaları və yerli onlayn pərakəndə satıcıları qarşısında üstünlük qazandırırdı.

Çatdırılma prosesinə necə təsir edəcək?
CNN xəbər verir ki, bu qərar Temu və Shein vasitəsilə edilən sifarişlərin çatdırılma müddətinə təsir edə bilər. Bloomberg isə bu tədbirləri “simvolik addım” adlandırıb, çünki USPS vasitəsilə göndərilən bağlamaların sayı artıq bir neçə ildir azalır.

Alternativ çatdırılma xidmətləri güclənəcəkmi?
Bloomberg-in məlumatına görə, USPS-in yüksək tarifləri səbəbindən bu bağlamaların böyük hissəsi artıq UPS, FedEx və DHL kimi özəl poçt xidmətləri vasitəsilə çatdırılır.

Bununla belə, iMpact konsaltinq şirkətinin rəhbəri Kris Pereyra bildirib ki, USPS, xüsusilə kiçik Çin biznesləri üçün “iqtisadi cəhətdən sərfəli” seçim olaraq qalırdı. O, bunun hansı amillərlə bağlı olduğunu dəqiq açıqlamayıb.

Shein və Temu-nun ABŞ-dakı bazar payı
2023-cü ilin iyun ayında ABŞ hökuməti bildirib ki, Shein və Temu sifarişləri $800-dan aşağı olan bütün bağlamaların 30%-ni təşkil edir. Lakin hər iki şirkət biznes modellərinin bundan asılı olmadığını və ABŞ-da anbarlar açaraq malların bir hissəsini ölkə daxilində saxladıqlarını qeyd edib.

spot_imgspot_img

Oxşar xəbərlər

“Azərbaycan Fintex Assosiasiyası” bazarın inkişafı üçün təkliflər irəli sürüb

Azərbaycanın maliyyə bazarında innovativ inkişafın davamlı olması, "sandbox" rejimi...

Azərbaycan startapları Avropa İnkişaf və Yenidənqurma Bankının Star Venture proqramına seçilib

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycan və Gürcüstandan...

Shopify ABŞ ticarət qaydalarına qarşı çıxıb

Kanadada yerləşən və dünyanın ən iri onlayn satış platformalarından...

Şayiə: m10 2025-ci ildə yeni ödəniş kartını təqdim edəcək?

Təsdiqlənməmiş məlumatlara görə, M10 müştəri ilə telefon danışığı zamanı...

PAŞA Holding-in “Bir” ekosistemi təqdim olundu – Yeni bir dövrün başlanğıcı

"Bir" ekosistemi "Birbank", "m10", "MilliÖn", "Umico.az" və holdinqin birgə...
spot_img