Azərbaycanda ödəniş sistemi operatorunun fəaliyyət istiqamətləri müəyyənləşib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Ödəniş sistemi operatorunun fəaliyyətinin təşkili və həyata keçirilməsi Qaydası”nı təsdiqləyib.

Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, ödəniş sistemi operatorunun fəaliyyətinin ilk 3 ili üçün hazırlanmış biznes-planı, eləcə də ödəniş sisteminin etibarlı və təhlükəsiz idarə olunmasını təmin etmək üçün müvafiq təşkilati strukturu və fəaliyyətinin bütün sahələrini əhatə edən daxili nəzarət sistemi olmalıdır.

Operator daxili nəzarət sistemi çərçivəsində ödəniş sisteminin fəaliyyətini davamlı monitorinq etməli və müəyyən edilmiş hədəflərə nail olunmasını qiymətləndirməlidir.

Operator özünün, habelə iştirakçılarının məruz qala biləcəyi risklərin müəyyən edilməsini, qiymətləndirilməsini, monitorinqini və nəzarətini təmin edən risklərin effektiv idarə edilməsi sisteminə malik olmalıdır.

Risklərin idarə edilməsi üzrə daxili qayda və prosedurlar ildə azı 1 dəfə nəzərdən keçirilməlidir. Risklərin idarə edilməsi sistemi operatorun qarşılaşdığı risklərin qarşısını ala bilmədikdə və ya operatorun risk profilində əks olunmayan risklə əlaqədar insident və ya operatorun fəaliyyətində dayanmalar baş verdikdə, həmçinin informasiya sistemləri və texnologiyalarında əsaslı dəyişikliklər aparıldıqda 3 aydan gec olmayaraq risklərin idarə edilməsi sisteminə zəruri dəyişikliklər edilməli, bu dəyişikliklər sənədləşdirilməlidir. Ödəniş sisteminin qarşılaşa biləcəyi risk növlərindən asılı olaraq hər 6 aydan bir stress-testlərin keçirilməsi təmin edilməlidir.

Operator fəaliyyəti ilə bağlı rüblük hesabatı növbəti rübün ilk 5 iş günündən gec olmayaraq, eləcə də hər ilin yanvar ayının son iş gününədək ötən təqvim ili ərzində baş vermiş dəyişikliklər göstərilməklə istifadə olunan əsas avadanlıq və proqram təminatlarının siyahısını, onlar arasında əlaqə üzrə topoloji diaqramı Mərkəzi Banka təqdim etməlidir

Ödəniş sisteminə yeni iştirakçılar daxil olduqda və ya mövcud iştirakçı ödəniş sistemindən çıxdıqda, habelə iştirakçının statusu dəyişdikdə operator 5 iş günü müddətində hesabatı və operator yeni məsul şəxs barədə qeyd olunan yazılı məlumatı 3 iş günü ərzində Mərkəzi Banka təqdim etməlidir.

Bundan başqa, operatorun fəaliyyətində baş vermiş plansız dayanmalar barədə əlaqələndirici şəxs tərəfindən yazılı məlumat hadisənin baş verməsindən sonra 15 dəqiqədən gec olmayaraq, planlı dayanma halı barədə məlumat isə azı 3 iş günü əvvəl Mərkəzi Banka təqdim edilməlidir.

AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.c

spot_imgspot_img

Oxşar xəbərlər

Çin 5,7 milyard dollarlıq fırıldaqla bağlı 61 800 BTC müsadirə etmək istəyir

Çin prokurorları 5,7 milyard dollarlıq fırıldaq sxemi ilə bağlı 61 800 BTC-nin müsadirəsini tələb edir. Britaniya məhkəməsi zərərçəkənlərin iddialarına Çin hüququnun tətbiqinə qərar verib.

Anthropic arxa planda işləyən Claude Duet süni intellekt agentini təqdim etdi

Anthropic tapşırıqları arxa planda icra edən Claude Duet AI agentini təqdim edib. Yeni alət kiçik biznes və peşəkarların gündəlik işlərini avtomatlaşdırmağı hədəfləyir.

Maliyyə Nazirliyi rəqəmsallaşmanı 1-2 il ərzində tamamlamağı planlaşdırır

Maliyyə Nazirliyi rəqəmsallaşma prosesini 1-2 il ərzində tamamlamağı hədəfləyir. Qurumun nümayəndəsi rəqəmsal maliyyə ekosisteminin yeni mərhələsini təqdim edib.

Bitcoin 85 min dollara yüksəldi, sonra geri çəkildi

Bitcoin 84 min dollarlıq müqaviməti keçsə də, texnologiya səhmlərindəki narahatlıq fonunda 82,5 min dollara geri çəkilib.

Recursive Flint adlı noutbuk üçün kodlaşdırma modelini təqdim etdi

Recursive startup-ı əsasən süni intellekt tərəfindən hazırlanan Flint kodlaşdırma modelini təqdim edib.
spot_img