ABB yeni loyallıq proqramı – “Fayda Max”-ı təqdim etdi!

ABB yeni loyallıq proqramı olan “Fayda Max”-ı təqdim edib.

Bank bu proqramla oyun qaydalarını dəyişir. Müştərilər yaranmış fürsətdən istifadə etməklə daha çox mükafatlar qazanırlar. Belə faydalı proqramların məqsədi müştərilərdə yeni təcrübələr formalaşdırmaq, onları nağdsız ödənişlərə stimullaşdırmaq, Banka bağlılığı gücləndirməkdir. Banka bağlılıq müştəriyə müxtəlif güzəştlər, imtiyazlar qazandırır. Banka loyallıq artdıqca bu güzəşt və imtiyazlar da yüksəlir.   

“Fayda Max” loyallıq proqramından qazanmaq üçün ABB mobile istifadəçisi olmaq və tətbiqin ana səhifəsindəki “Sənə özəl” bölməsinə keçid edib “Fayda Max”ı yalnız bircə dəfə aktivləşdirmək lazımdır. 

“Fayda Max”a qoşulduqdan sonra qazana biləcəyi mükafatların mərhələsini müştəri özü müəyyənləşdirir. Ay ərzində iştirakçı “Bürünc”, “Gümüş” və “Qızıl” mərhələlərindən hər hansı birini və ya hər üçünü tamamlaya bilər. 

ABB-də aktiv nağd krediti olan müştərilər bir ay müddətində cəmi 75 AZN nağdsız ödənişlə “Bürünc” mərhələyə, cəmi 250 AZN nağdsız ödənişlə “Gümüş” mərhələyə, cəmi 750 AZN nağdsız ödənişlə “Qızıl” mərhələyə yüksələ bilərlər. 

ABB-də aktiv nağd krediti olmayan müştərilər isə “Bürünc” mərhələyə çatmaq üçün ay ərzində ən azı 150 AZN, “Gümüş” mərhələyə çatmaq üçün 500 AZN, “Qızıl” mərhələyə çatmaq üçün 1500 AZN nağdsız ödəniş etməlidirlər. Müştəri qazandığı aylıq mükafatdan növbəti ay istifadə etməyə başlayır. 

Mükafatlar bunlardır:

– Ekstra “Faydalı keşbek” (“Bürünc”, “Gümüş” və “Qızıl” mərhələlərinin hər birinə aiddir).

– “Fayda Max”a qoşulduqdan sonra əldə edilən nağd kreditin faizindən keşbek qazancı (“Bürünc”, “Gümüş” və “Qızıl” mərhələlərinin hər birinə aiddir).

– “Kartdan karta” 30 000 komissiyasız köçürmələr (yalnız “Qızıl” mərhələ)

– “2X ƏDV geri al” (“Qızıl” mərhələ)

“Fayda Max”a qoşulmuş hər bir müştəri tətbiqin “Sənə özəl” hissəsindəki “Fayda Max” bölməsi vasitəsilə iştirak vəziyyətini, hədəflərini, hansı mərhələdə olduğunu, mükafatlarını izləyə bilər. Proqram mütəmadi olaraq yenilənəcək və müştərilər daha çox mükafatlar qazana biləcəklər. Bu imkandan yararlanmaq üçün ABB mobile istifadəçisi tətbiqi yeniləyərək onun 7.0.0 versiyasından istifadə etməlidir.

“Fayda Max” proqramı barədə ətraflı məlumatları buradan əldə etmək mümkündür.

spot_imgspot_img

Oxşar xəbərlər

Portcoin fəaliyyətini dayandırdı – İstifadəçilərin vəsaiti geri qaytarılacaq

Portcoin üzrə Azərbaycan Mərkəzi Bankı tərəfindən tətbiq edilmiş Xüsusi...

Bolt Azərbaycanda ilk sahibkarlıq akselerasiya proqramını elan etdi

Texnoloji nəqliyyat platforması Bolt, Azərbaycanda fəaliyyət göstərən sürücü və...

Whelp və CibPay əməkdaşlığa başlayıb

Azərbaycanın süni intellekt texnologiyaları sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərindən...

Azərbaycan bankları ödənişlərdə “Az-QR” standartına keçəcək

Azərbaycanda bütün ödəniş nöqtələrində alıcılara "QR"la ödənişlər təklif ediləcək. Bu...

Pasha Holding Sea Breeze ərazisində çatdırılma üçün yeni mobil tətbiq istifadəyə verib

İT innovasiya sahəsində fəaliyyət göstərən Competo MMC (Paşa Holdinqin...
spot_img