ABB-nin tərəfdaşlığı ilə “Startup World Cup” yarışması keçiriləcək!

Sentyabrın 20-də ADA Universitetində “Startup World Cup” yarışması təşkil olunacaq.

Ölkəmizdə innovasiyalar ekosisteminin inkişafına dəstək verən ABB də tədbirin əsas tərəfdaşlarındandır. Dünyanın ən prestijli qlobal startap yarışmalarından sayılan “Startup World Cup”ın təşkilatçıları “Technovate Investments” və “Pegasus Tech Ventures” şirkətləridir.

“Startup World Cup” dünyanın ən yaxşı startaplarını bir araya gətirir. Onların qlobal miqyasda tanınmasına imkan yaradır. Bu baxımdan, sözügedən yarışma gənc sahibkarları və onların innovativ ideyalarını dəstəkləyən unikal platformadır.

Ölkəmizdə belə qlobal əhəmiyyətli tədbirlərin keçirilməsi Azərbaycanın startap ekosisteminin inkişafına, bu sahədə faydalı təcrübələrin formalaşmasına, gənc sahibkarlarımızın beynəlxalq arenada tanınmasına xidmət edir.

“Startup World Cup” tədbirinə tərəfdaşlıq dəstəyi ilə ABB yeni imkanların axtarışında olan gənc sahibkarların yanında olduğunu, onların inkişafına hərtərəfli dəstəyini bir daha nümayiş etdirir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, https://abb-bank.az/  rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...
spot_img