Kofe.al tezliklə Abunəlik sistemini istifadəyə verməyi planlayır

Yaradıcı şəxslər və Onlayn oyun yayıncıları üçün dəstək platforması olan Kofe.al layihəsinin rəhbəri Orxan Əhmədov öz facebook profilində tezliklə kofe.al platforması üzərində abunəlik sisteminin aktivləşdiriləcəyi barədə məlumat paylaşıb.

Paylaşımda, platforma üzvlərinin abunəlik sistemi vasitəsilə aşağıdakı imkanları olacağı qeyd olunub:

– Aylıq və illik abunəliklər yarada bilmə imkanı vasitəsilə üzvlər öz izləyicilərinə daha keyfiyyətli kontent verməyi hədəfləyir.

    – Birdəfəlik – ömürlük abunəlik yaratma imkanı – bu imkan vasitəsilə üzvə bir dəfəlik ödəniş edilərək, ömürlük abunəlik əldə etmək mümkün olacaq. Bu metoddan hazırda daha çox SaaS proqram təminatı verən layihələr istifadə edərək, ilk istifadəçilərini toplaya bilirlər.

    – Giveaway abunəlik – özəlliyi ilə yaradıcı şəxslər istədikləri abunəçilərinə hədiyyə abunəlik verə biləcəkdir. Bu funksiya daha çox müsabiqələr və s. üçün uyğundur.

    – Abunəlik paketlərində – Paketin adı, Şəkil, Badgelər, Qısa açıqlama, abunəliyə daxil imkanlar göstəriləcək.

    Eyni zamanda bildirilib ki, bu funksiya üzərində işlər aparılır və nə vaxt aktivləşdiriləcəyi barədə dəqiq məlumat yoxdur. Şirkət eyni zamanda Oyun Streamerləri üçün bəzi funksiyalar üzərində işlədiyini bildirib.

    spot_imgspot_img

    Oxşar xəbərlər

    Bayram həftəsində e-ticarət səhmlər indeksi zəifləyib

    2025-ci ilin bayram mövsümündə qlobal e-ticarət səhmlər indeksi zəifləmə...

    OpenAI Google ilə rəqabətin kəskinləşməsi fonunda GPT-5.2-ni təqdim edib

    Dekabrın əvvəlində Sem Altman şirkətdə “Qırmızı Kod” elan edərək...

    TerraUSD-nin yaradıcısı Do Kvon 15 il həbs cəzasına məhkum edilib

    NBC News-un yazdığına görə, hökmü elan edən hakim Do...

    Financial Times Nvidia-nın rəhbəri Jensen Huang-ı ilin adamı seçib

    Bundan bir gün əvvəl Time jurnalı ilin “adamları” kimi...
    spot_img