m10 və Mastercard yeni rəqəmsal kartı istifadəyə verib

m10 fintex həlli və beynəlxalq ödəniş sistemi Mastercard əməkdaşlıq çərçivəsində m10 rəqəmsal kartını təqdim edib.

Məlumata görə, kart tam rəqəmsal formatdadır və m10 tətbiqi daxilində dərhal aktivləşdirilə bilir. İstifadəçilər kartı Apple PayGoogle Pay-ə əlavə edərək ölkə daxilində və xaricdə onlayn və kontaktsız ödənişlər həyata keçirə bilərlər.

Rəqəmsal m10 kartı m10 cüzdanı ilə eyni balansdan istifadə edir və əlavə bank hesabının açılmasını tələb etmir. Kartdan onlayn alış-veriş, NFC əsaslı nəqliyyat ödənişləri və kontaktsız əməliyyatlar üçün istifadə etmək mümkündür. Kartdan istifadə üçün şəxsiyyət təsdiqi (KYC) prosedurundan keçmək lazımdır.

Bildirilir ki, əməliyyatların təhlükəsizliyi Mastercard-ın antifrod və təhlükəsizlik texnologiyaları ilə təmin olunur. Yaxın dövrdə istifadəçilər üçün loyallıq proqramlarının da tətbiqi planlaşdırılır.

m10-un Məhsul üzrə sahə rəhbəri Leyla Məmmədova bildirib ki, rəqəmsal kart gündəlik ödənişləri daha rahat və sürətli etmək məqsədi daşıyır.

Qeyd edək ki, bu layihə Azərbaycanda fintex brendi ilə Mastercard arasında ilk əməkdaşlıq hesab olunur.

spot_imgspot_img

Oxşar xəbərlər

Stripe Link rəqəmsal pul kisəsi ilə süni intellekt agentlərinə ödəniş imkanı yaradır

Stripe-in yeni Link rəqəmsal pul kisəsi həm fərdi istifadəçilər, həm də avtonom agentlər üçün ödənişləri asanlaşdırır.

SoftBank 100 milyard dollarlıq IPO planı ilə süni intellekt infrastrukturunda inqilab hədəfləyir

SoftBank, süni intellekt infrastrukturu üçün nəzərdə tutulmuş yeni şirkətlə 100 milyard dollar dəyərində IPO planlayır.

Writer şirkəti insan müdaxiləsi olmadan işləyən süni intellekt agentlərini təqdim etdi

Writer platformasının yeni süni intellekt agentləri, heç bir əmr olmadan biznes siqnallarını tutur və karmaşık iş axınlarını icra edir.

BƏƏ-də e-ticarət sektoru 20% artım göstərdi, rəqəmsal pərakəndə satış sürətlənir

Birləşmiş Ərəb Əmirlikləri e-ticarət bazarı 2026-cı ilin ilk rübündə 20% böyüdü. Rəqəmsal pərakəndə trendləri Azərbaycan üçün də nümunə ola bilər.

Gemini törəmə alətlər lisenziyası aldı, kripto proqnoz bazarına girməyə hazırlaşır

Winklevoss qardaşlarının rəhbərlik etdiyi Gemini, törəmə alətlər lisenziyası ilə kripto proqnoz bazarına rəsmən qədəm qoyur.
spot_img