Azərbaycanda data və kvantum platformaları yaradıla bilər

Azərbaycan ilə IBM şirkəti ölkənin rəqəmsal transformasiyası, suveren “bulud”, data və kvantum platformalarının yaradılması, həmçinin dövlət müəssisələrinin rəqəmsallaşdırılması, logistika layihələrində əməkdaşlıq imkanlarını müzakirə edib.

“Report” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Müzakirələr R.Nəbiyev ilə IBM şirkətinin Qlobal strateji təşəbbüslər üzrə icraçı direktoru Dima Alatel arasında aparılıb.

“Eyni zamanda, innovasiya mərkəzləri və kadr hazırlığı proqramları vasitəsilə uzunmüddətli strateji tərəfdaşlıq və investisiya modelləri barədə fikir mübadiləsi apardıq”, – nazir qeyd edib.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...
spot_img