ABB qalıq məbləğə faiz qazancı gətirən yeni məhsulunu təqdim etdi

Müştərilər üçün yeni faydalar yaradan ABB daha bir rəqəmsal məhsulunu təqdim edib. Bu, “DigiHesab Max” məhsuludur. “DigiHesab Max” tam rəqəmsəl təcrübə ilə yaradılır və müştəriyə qalıq məbləğdən faiz gəliri qazandırır. 

Müştəri bu yeni məhsulun imkanlarından istifadə etmək üçün ABB mobile tətbiqinə daxil olur, “Hesablar” bölməsinə keçid edərək “DigiHesab Max” hesabı yaradır, həmin hesabda vəsait yerləşdirib qalığa faiz gəliri qazanmağa başlayır. 

Qalığa faiz hesabdakı minimum 200 AZN-dən maksimum 500 000 AZN-dək olan vəsaitlərə hesablanır. 

Bu, yalnız AZN valyutalı hesablara aiddir. “DigiHesab Max”-a istənilən bank kartından komissiyasız mədaxil də etmək mümkündür. 

Müştərilər hər biri maksimum 500 000 AZN-dək olmaqla bir neçə “DigiHesab Max” hesabı aça bilərlər.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

spot_imgspot_img

Oxşar xəbərlər

Tailandda bitcoin və ether ETF-lərinə yerli bazar yolu açıldı

Tailand yeni kripto qaydaları ilə yerli aktiv idarəçilərinə bitcoin və ether ETF-ləri təqdim etmək imkanı yaradır.

AMB-nin faiz qərarına təsir edən inflyasiya 5,7%-də qaldı

Azərbaycanda istehlak qiymətlərinin illik artım tempi doqquz ayda 5,7% təşkil edib və ilin ilk səkkiz ayındakı səviyyəni qoruyub.

Google Mac üçün oflayn işləyən AI Edge Foresight tətbiqini təqdim etdi

Google Mac üçün oflayn işləyən AI Edge Foresight toplantı qeydi tətbiqini təqdim edib.

Rusiya şirkətlərinin üçdə biri 2026-cı ildə illik mükafat verməkdən imtina edib

Rusiya şirkətlərinin üçdə birindən çoxu 2026-cı ildə işçilərə illik mükafat verməkdən imtina edib.

Böyük Britaniya üç kripto birjasına Rusiya əlaqəsinə görə sanksiya tətbiq etdi

Böyük Britaniya üç kripto platformasına Rusiyanın maliyyə sanksiyalarını yan keçməsinə kömək iddiası ilə sanksiya tətbiq edib.
spot_img