Azercell “CyberCell Hackathon”a start verir

25 komanda iki gün ərzində kibertəhlükəsizlik və süni intellekt üzrə bacarıqlarını nümayiş etdirəcək. Yarışda ən yüksək nəticə göstərən komandanı 4000 AZN, ikinci yerin qalibini 3000 AZN, üçüncü yerin sahibini isə 2000 AZN dəyərində pul mükafatı gözləyir.

18–19 oktyabr 2025-ci il tarixlərində Azercell Telekom və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə kibertəhlükəsizlik və süni intellekt sahələrini əhatə edən “CyberCell Hackathon” keçiriləcək.

İki gün davam edəcək yarışın məqsədi gənclərin rəqəmsal bacarıqlarını inkişaf etdirmək, kibertəhlükəsizlik  biliklərini real mühitdə tətbiq etmələrinə şərait yaratmaq və komandada işləmə qabiliyyətlərini gücləndirməkdir.

Yarış zamanı iştirakçılar “Red Team” (hücum) və “Blue Team” (müdafiə) ssenariləri üzərində işləyərək kibertəhlükəsizlik zəifliklərini müəyyənləşdirəcək, hücumların aşkarlanması, cavablandırılması və qarşısının alınması üçün innovativ həllər hazırlayacaqlar. Eyni zamanda, komandalar süni intellekt alətləri vasitəsilə anomaliyaların aşkarlanması, loq analizləri və təhdidlərin proqnozlaşdırılması üzrə həllər təqdim edəcəklər.

“CyberCell Hackathon”a ümumilikdə 200-ə yaxın müraciət daxil olub.  Seçim mərhələsini uğurla keçən 25 komanda yarışda iştirak hüququ qazanıb. Komandalarda ölkənin aparıcı universitetlərinin – Azərbaycan Dövlət İqtisad Universiteti, ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan-Fransız Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan Kooperasiya Universiteti, Xəzər Universiteti və Azərbaycan Texniki Universitetinin tələbələri yer alır.

Yarışda ən yüksək nəticə göstərən komandanı 4000 AZN, ikinci yerin qalibini 3000 AZN, üçüncü yerin sahibini isə 2000 AZN dəyərində pul mükafatı gözləyir.

Azercell Telekom “CyberCell Hackathon”-un bütün iştirakçılarına uğurlar arzulayır!

spot_imgspot_img

Oxşar xəbərlər

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...

Samir Məmmədov “Birmarket” CEO-su təyin edilib

Azərbaycanın ən böyük elektron ticarət platformalarından biri olan “Birmarket”də...

“Google Zero” nədir və niyə e-ticarət üçün təhlükədir?

“Google Zero” sənayedə işlənən bir ifadədir: Google axtarışının istifadəçini...

2026-cı ildə onlayn pərakəndəni yenidən formalaşdıracaq e-ticarət trendləri

Onlayn pərakəndə ticarət 2026-cı ilə iqtisadi təzyiqlər, istehlakçı davranışlarındakı...

2027-ci ilədək Azərbaycanda e-ticarət gəlirlərində kəskin artım gözlənilir

Asiya İnkişaf Bankının (ADB) açıqladığı yeni proqnozlara görə, Azərbaycanda...
spot_img