Nazirlər Kabineti texnoloji biznes inkubatoru rezidentləri ilə bağlı qərar verib

Nazirlər Kabineti “Texnoloji biznes inkubatoru rezidentlərinin qeydiyyatının, həmçinin texnologiyalar parkı rezidentlərinin və texnoloji biznes inkubatoru rezidentlərinin reyestrinin aparılması Qaydası”nda dəyişiklik edib.

“Report” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, İdarəedici təşkilat inkubatorun qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumunu ödəmək vəzifəsi barədə 2 iş günü müddətində ərizəçiyə şifahi və ya yazılı formada məlumat verir. Ərizəçi tərəfindən məlumat alındığı tarixdən 5 iş günü müddətində inkubatorun qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumu ödənilir və ödənişi təsdiq edən sənəd idarəedici təşkilata təqdim edilir.

Ərizəçi tərəfindən dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edildikdən sonra inkubatorun qeydiyyat şəhadətnaməsi 2 iş günündən gec olmayaraq ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd bu Qaydada nəzərdə tutulan müddətdə təqdim edilmədikdə, idarəedici təşkilat tərəfindən inkubatorun qeydiyyat şəhadətnaməsi ləğv edilir və bu barədə məlumat 2 iş günü müddətində ərizəçiyə göndərilir.

spot_imgspot_img

Oxşar xəbərlər

Bayram həftəsində e-ticarət səhmlər indeksi zəifləyib

2025-ci ilin bayram mövsümündə qlobal e-ticarət səhmlər indeksi zəifləmə...

OpenAI Google ilə rəqabətin kəskinləşməsi fonunda GPT-5.2-ni təqdim edib

Dekabrın əvvəlində Sem Altman şirkətdə “Qırmızı Kod” elan edərək...

TerraUSD-nin yaradıcısı Do Kvon 15 il həbs cəzasına məhkum edilib

NBC News-un yazdığına görə, hökmü elan edən hakim Do...

Financial Times Nvidia-nın rəhbəri Jensen Huang-ı ilin adamı seçib

Bundan bir gün əvvəl Time jurnalı ilin “adamları” kimi...
spot_img