Portcoin fəaliyyətini dayandırdı – İstifadəçilərin vəsaiti geri qaytarılacaq

Portcoin üzrə Azərbaycan Mərkəzi Bankı tərəfindən tətbiq edilmiş Xüsusi Tənzimləmə Rejimi çərçivəsində aparılan test mərhələsi başa çatıb və bu səbəbdən xidmətin fəaliyyətinin dayandırılması qərara alınıb.

Platforma tərəfindən verilən açıqlamaya əsasən, istifadəçilərin PTC hesablarındakı vəsait, son müəyyən edilmiş məzənnə əsasında manat ekvivalentində hər bir istifadəçinin elektron pul hesabına köçürüləcək.

Vacib qeyd: Portcoin layihəsi Portmanat tərəfindən həyata keçirilən eksperimental rəqəmsal aktiv təşəbbüsü idi.
Portmanat platforması isə öz fəaliyyətini tam şəkildə davam etdirir və bu qərar yalnız Portcoin xidmətinə aiddir.

Şirkət, test müddətində platformaya göstərilən maraq və fəal iştiraka görə istifadəçilərə təşəkkür edib.

Qeyd edək ki, Portcoin Azərbaycanın rəqəmsal aktivlər sahəsində eksperimental təşəbbüslərindən biri kimi qiymətləndirilirdi və test mərhələsi boyunca müəyyən istifadəçi qrupları tərəfindən sınaqdan keçirilmişdi.

spot_imgspot_img

Oxşar xəbərlər

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...

Samir Məmmədov “Birmarket” CEO-su təyin edilib

Azərbaycanın ən böyük elektron ticarət platformalarından biri olan “Birmarket”də...

“Google Zero” nədir və niyə e-ticarət üçün təhlükədir?

“Google Zero” sənayedə işlənən bir ifadədir: Google axtarışının istifadəçini...

2026-cı ildə onlayn pərakəndəni yenidən formalaşdıracaq e-ticarət trendləri

Onlayn pərakəndə ticarət 2026-cı ilə iqtisadi təzyiqlər, istehlakçı davranışlarındakı...
spot_img