Dünya valyutalarının məzənnələri Trampın Kanada, Meksika və Çindən gələn mallara tarif tətbiq etməsi fonunda ucuzlaşıb

Bu qərar həmçinin kriptovalyuta bazarının da enməsinə səbəb olub.

Saat 13:20-də ABŞ dolları Kanada dollarına nisbətdə 1% bahalaşaraq 1,46 CAD səviyyəsinə yüksəlib. Meksika pesosuna qarşı isə 2% dəyər qazanaraq 21 MXN səviyyəsinə çatıb.
Meksika valyutası 2021-ci ilin noyabrından, Kanada dolları isə 2003-cü ildən bəri belə aşağı səviyyəyə düşməyib, yazır Business Insider.

Avro da dəyər itirib — 1,28% ucuzlaşaraq $1,02 səviyyəsinə düşüb. Bu, 2022-ci ilin noyabrındakı minimum göstəriciyə yaxındır.
ABŞ dollarının Çin yuanına qarşı məzənnəsi 7,26 CNY, Hindistan rupiyasına qarşı isə 87 INR-i keçərək tarixi rekord həddə çatıb.
Avstraliya dolları isə 2020-ci ildən bəri ən aşağı səviyyəyə enərək 1,6 AUD/USD nisbətinə düşüb.

Maliyyə bazarlarındakı bu enişin əsas səbəbi ABŞ prezidenti Donald Trampın Çin, Kanada və Meksikadan gətirilən mallara tarif tətbiq etməsi ilə bağlıdır.
Analitiklərə görə, bu tariflər ABŞ-da inflyasiyanın artmasına, faiz dərəcələrinin aşağı salınma tempinin ləngiməsinə və dünya iqtisadiyyatının böyümə tempinə mənfi təsir göstərə bilər.

Bu hadisələrin fonunda kriptovalyuta bazarı da kəskin enişlə üzləşib.

spot_imgspot_img

Oxşar xəbərlər

SpaceX süni intellekt çipləri üçün 40 milyard dollarlıq borc maliyyələşdirməsini tamamlayıb

SpaceX süni intellekt sistemlərində istifadə olunacaq qrafik prosessorların alınması üçün 40 milyard dollarlıq borc maliyyələşdirməsini tamamlayıb.

Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 17% azalıb

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar ilin ilk doqquz ayında 17 faiz azalaraq 56 milyon 069 min manat olub, ödənişlər isə 54 faiz artıb.

Xaricə səfər edənlərin sığortasına maraq artır: yığımlar 60% yüksəlib

Azərbaycanda xaricə səfər edən vətəndaşların sığortası üzrə yığımlar ilin ilk doqquz ayında 60 faiz artaraq 7 milyon 715 min manata çatıb.

Apple çərşənbə günü yeni Mac və iPad modellərini təqdim edəcək

Apple çərşənbə günü keçirəcəyi tədbirdə yeni Mac və iPad modellərini təqdim edəcək. Toxunmatik OLED ekranlı MacBook Pro əsas diqqət mərkəzində olacaq.

Perciv AI Hollandiyanın Destinus şirkəti tərəfindən alınıb

Radar verilənlərinin süni intellektlə emalı üzrə ixtisaslaşan Perciv AI startup-ı Hollandiya mərkəzli Destinus tərəfindən alınıb.
spot_img