Baku Blockchain Meetup 2025: Portcoin təqdimatı və Airdroplar

Bakıda keçirilən Baku Blockchain Meetup 2025 vol.1, blokçeyn və kriptovalyuta sahəsindəki yerli mütəxəssislər və entuziastları bir araya gətirdi. Tədbirdə iştirakçılara Azərbaycanda blokçeyn texnologiyalarının və kriptovalyutaların inkişafı ilə bağlı məlumatlar təqdim edildi və maraqlı çıxışlar ilə yadda qaldı.

Portcoin-in təqdimatı

Tədbirin ilk çıxışçısı “Mobile Payment Solutions” MMC şirkətininPortmanat brendinin təsisçisi Telman Axundov oldu. O, Azərbaycanın ilk AMB-nin xüsusi tənzimləmə rejimi (Sandbox) çərçivəsində istifadəyə verilən kriptovalyutası olan Portcoin haqqında iştirakçılara məlumat verdi. Axundov qeyd etdi ki, Portcoin Azərbaycan Mərkəzi Bankının tənzimləmə rejimi çərçivəsində yaradılıb və təhlükəsiz rəqəmsal əməliyyatlar üçün böyük bir imkan yaradır. Portcoin kriptovalyutasından P2P ödəmələr, beynəlxalq pul köçürtmələri və digər oxşar sahələrdə istifadə edilməsi planlanır. Layihə Sandbox çərçivəsində baş tutduğundan istifadəçi sayı və köçürmələrdə limitlər tətbiq olunsa da, layihənin uğurlu olacağı təqdirdə, tam və aktiv şəkildə istifadəsinə başlanılacaq.

Blokçeyn layihələrindən real nümunələr

Daha sonra səhnəyə çıxan Yusifli Tech-in təsisçisi Elşad Yusifli, blokçeyn texnologiyasının müxtəlif sahələrdə istifadəsindən danışdı. O, blokçeyn sistemlərinin şəffaflıq yaratmaq və iş proseslərini optimallaşdırmaq üçün necə tətbiq oluna biləcəyini göstərdi və öz şirkətlərinin həm Azərbaycan, həm də Türkiyə, İtaliya, BƏƏ kimi ölkələrdən olan layihələrdə necə tətbiq etdikləri haqqında məlumat verdi.

Telegram Airdrop-lar və startaplar üçün faydaları

Bonpara şirkətinin təsisçisi Orxan Əhmədov isə Telegram Airdrop-ların startap bizneslərində necə istifadə oluna biləcəyini izah etdi. Öz çıxışından Telegram platformasında istifadəyə verilmiş Notcoin, Hamster Kombat, Blum kimi gamification tətbiqli token airdropları və Binance, OKX, CEXio kimi şirkətlərin də bu növ layihələrə qoşularaq dəstək olduqlarını açıqladı. Təqdimat zamanı bu layihələrin Telegram icmasının gücündən istifadə edərək, sıfır dollar büdcə ilə bir neçə ay ərzində 10 milyonlarla istifadəçiləri necə əldə etdikləri haqqında təqdimatda göstərdi. O bildirdi ki, bu yanaşma, startaplara yeni istifadəçilər cəlb etmək və öz icmalarını yaratmaqda kömək edir.


Baku Blockchain Meetup 2025 sadəcə texnologiya ilə maraqlananlar üçün deyil, həm də blokçeyn texnologiyalarını iş proseslərinə inteqrasiya etmək istəyən hər kəs üçün faydalı oldu. Tədbir, Azərbaycanda blokçeyn sahəsindəki inkişafları daha yaxından tanımaq və bu texnologiyaların gələcəkdə yaratdığı imkanları görmək baxımından əhəmiyyətli idi.

Tədbir Portmanat, Azərbaycan İnnovasiya Mərkəzi, Blockchain Azərbaycan MərkəziCrypto & Blockchain Azərbaycan qrupunun təşkilatçılığı ilə baş tutmuşdur. Təşkilatçılar Baku Blockchain Meetup tədbirini davamlı olaraq hər ay keçiriləcəyi barədə də məlumat veriblər.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...
spot_img