Ölkəmizdə süni intellekt sahəsində vəziyyət necədir? – Osman Gündüz

Azərbaycan İnternet Forumunun sədri Osman Gündüz öz facebook səhifəsində Azərbaycanda Süni İntellektin dövlət qurumlarının xidmətlərində tətbiqi haqqında maraqlı məlumatlar paylaşıb.

“Ötən ilin süni intellekt layihələri haqqında qısa məlumatı təqdim edirəm” – deyə qeyd edib.

Dövlət qurumları yavaş-yavaş süni intellekt layihələrinin reallaşmasına reasurslar ayırmağa başlayıb.

2024-cü ildə bir neçə süni intellekt layihələri ilə üzrə tenderlər olub.

1. İqtisadiyyat Nazirliyi “Çağrı Mərkəzində süni intellekt həllərinin tətbiqi üçün proqram təminatının hazırlanması və əlaqədar xidmətlər” üçün 1.722.999 manat vəsait ayırıb.

Tenderin qalıbi “SMART SOLYUŞNS GROUP” şirkəti olub.

Şirkət layihə çərçivəsində “Nitq analitik platforması”nın hazırlanmasını, Məlumatların öyrənilməsi və təhlil işlərinin aparılması, İlkin sınaqların aparılmasını, Böyük Dİl Modelinin təlimini, ÇATBOT İDARƏETMƏ PLATFORMASI hazırlamalıdır.

Layihənin icrası ilə bağlı məlumatlar hələlik açıqlanmayıb.

2. MİDA isə “Güzəştli mənzil” sistemi üçün 24/7 texniki dəstək və süni intellekt əsaslı monitorinq həllinin tətbiqi xidmətlərinin göstərilməsi üçün 1.569.400 manat ayırıb.

Tenderin qalibi RİSK şirkəti olub.

Şirkət MİDA sisteminin dayanıqlığı və təhlükəsziliyinin təmin edilməsi üçün platforma hazırlayacaq.

Layihənin yekunu haqqında hələlik məlumatlar yoxdur.

3. İqtisadiyyat Nazirliyi daha bir süni intellekt layihəsi, “Sənaye 4.0 Akselerasiya Mərkəzinin və Süni İntellekt Laboratoriyası”nın yaradılması üçün 603.216 manat ayırıb. Bu layihəni “BAKİNİTY DİSTRİBUTİON” şirkəti qazanıb.

Şirkət Analitik sistem üçün Vahid Saxlama Sistemi –server və digər avadanlıqlar alacaq, laboratoriya quracaq.

Bu layihənin icrası haqqında da hələlik yetərli məlumatlar yoxdur.

4. “SU VƏ MELİORASİYA ELMİ TƏDQİQAT İNSTİTUTU” isə “Su ehtiyatlarının idarə olunmasında süni intellekt və digər innovativ həllərə dair bootcamp-in təşkili xidmətinin satın alınması”na 79.239 manat ayırıb

Layihənin icrası ilə balı məlumat yoxdur.

5. Xatırladıram ki, 2023-cü ildə yalnız bir süni intellekt əsaslı layihə tenderə çıxarılıb. DİM “Çağrı mərkəzi üçün süni intellekt əsaslı Səsli bot sisteminin satın alınması” layihəsinə 43.500 manat ayırmışdır. Tenderi “ROBOTRONICS” şirkəti qazanıb.

Şirkət eyni anda daxil olan çoxsaylı zəngləri cavablandıra bilən sistem formalaşdırmalı, şifahi dialoq apara bilən bot üçün proqram təminatını hazırlamalı , süni intellekt sistemini yaratmalı və data toplanmasını, zəng səs yazıları arxivi formalaşdırmalıdır.

Məlumat üçün bildirim ki, əvvəllər ASAN-nın, Baş Prokurorluğun, Ali Məhkəmənin və s. bir çox qurumların da süni intellekt əsaslı layihələrinin olacağı haqqında mesajlar verilmişdir.

Lakin hazırda bu layihələr haqqında ağlabatan bir məlumatlar əldə etmək mümkün deyil.

Xatırladıram ki, hazırda Azərbaycanda süni intellekt sahəsində RİNN-in AİLab və İN-nin 4SİM qurumları, ETN-in İS və İT İnstitutları, ADA və AzTU və bir neçə şirkətlər məşğuldur.

Süni intellekt sahəsi üçün vacib olan, hamı üçün əlçatan olan təkmil bir Dil Korpusu indiyədək mövcud deyil.

Milli Dil Korpusunun yaradılması ilə AMEA-nın Dilçilik İnstitutu, ETN –in İS (keçmiş Kibernetika) və İnformasiya Texnologiyaları İnstitutunun birgə iş apardığı bildirilsə də hələlik ortada heç nə yoxdur.

Yeri gəlmişkən, bildiyim qədər ölkədə süni intellekt sahəsindəki həllər və tədqiqatlar üçün hamıya əlçatan olan, dövlət və özəl sektorun, elmi-tədqiqat sahəsinin bəhrələnməsi üçün vacib olan Superkompüter Mərkəzinin formalaşdırılmasına da start verilib.

Azərbaycanda iki qurum, RİNN və İN süni intelelktin, data sahəsinin inkişafı ilə bağlı konseptual sənəd layihəsi hazırladıqlarını açıqlasalar da, onunla bağlı da hələlik real olaraq ortada heç nə yoxdur.

İki il öncə RİNN və Mərkəzi Bank arasında süni intellekt sahəsində ixtisaslaşan startap və şirkətləri ölkəyə cəlb etmək məqsədilə Süni İntellekt Alyansı formalaşmışdı, lakin hələlik real işlər görünmür .

Ümid edirəm İRİA-nın yeni rəhbərliyi və 4SİM süni intellektin inkişafı sahəsindəki səylərini gücləndirəcəklər.

Osman Gündüz

spot_imgspot_img

Oxşar xəbərlər

Çin 5,7 milyard dollarlıq fırıldaqla bağlı 61 800 BTC müsadirə etmək istəyir

Çin prokurorları 5,7 milyard dollarlıq fırıldaq sxemi ilə bağlı 61 800 BTC-nin müsadirəsini tələb edir. Britaniya məhkəməsi zərərçəkənlərin iddialarına Çin hüququnun tətbiqinə qərar verib.

Anthropic arxa planda işləyən Claude Duet süni intellekt agentini təqdim etdi

Anthropic tapşırıqları arxa planda icra edən Claude Duet AI agentini təqdim edib. Yeni alət kiçik biznes və peşəkarların gündəlik işlərini avtomatlaşdırmağı hədəfləyir.

Maliyyə Nazirliyi rəqəmsallaşmanı 1-2 il ərzində tamamlamağı planlaşdırır

Maliyyə Nazirliyi rəqəmsallaşma prosesini 1-2 il ərzində tamamlamağı hədəfləyir. Qurumun nümayəndəsi rəqəmsal maliyyə ekosisteminin yeni mərhələsini təqdim edib.

Bitcoin 85 min dollara yüksəldi, sonra geri çəkildi

Bitcoin 84 min dollarlıq müqaviməti keçsə də, texnologiya səhmlərindəki narahatlıq fonunda 82,5 min dollara geri çəkilib.

Recursive Flint adlı noutbuk üçün kodlaşdırma modelini təqdim etdi

Recursive startup-ı əsasən süni intellekt tərəfindən hazırlanan Flint kodlaşdırma modelini təqdim edib.
spot_img