X Sosial Şəbəkəsi qeydiyyat üçün $8 ödəniş tətbiq edəcək — Fortune

Elon Maskın göstərişi ilə X platformasının əməkdaşlarından paylaşımların lentdə göstərilən tarix və saatını silmək imkanı üzərində işləmək tələb edilib, Fortune mənbələrə istinadən bildirir. Təklif yalnız lentdə göstərilən paylaşımlara aiddir: əgər paylaşımı açsanız, onun yaradılma tarixi və vaxtını görə biləcəksiniz.

Maskın fikrincə, bu dəyişiklik istifadəçi interfeysini yaxşılaşdıracaq. Lakin əməkdaşlar hesab edirlər ki, bu qərar platformada dezinformasiya problemlərini daha da artıracaq, çünki istifadəçilər paylaşımları adətən diqqətlə açıb oxumaqdansa, lentdə ötəri nəzərdən keçirirlər. X platformasından məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.

Bununla yanaşı, Mask sosial şəbəkəyə yeni istifadəçilər üçün qeydiyyat ödənişi tətbiq etməyi planlaşdırır. Mənbələrə görə, bu ödəniş artıq 2025-ci ilin fevral ayında tətbiq edilə bilər. Qeydiyyat haqqı $8 təşkil edəcək və istifadəçilər bu ödənişlə bir aylıq X Premium abunəliyi də əldə edəcəklər. X Premium abunəliyi məhz ayda $8 dəyərindədir.

Mənbələr bildirirlər ki, pullu qeydiyyat planı bir neçə aydır hazırlanır və onun məqsədi botlarla mübarizə aparmaqdır. Bu addım artıq Yeni Zelandiya və Filippinlərdə sınaqdan keçirilir: burada hesab açmaq istəyən istifadəçilər $1 ödəyərək illik abunə almalıdırlar, əks halda sosial şəbəkədən yalnız oxuma rejimində istifadə edə bilərlər.

spot_imgspot_img

Oxşar xəbərlər

Mərkəzi Bank “KorpON” şirkətini “PAŞA Bank” ödəniş agenti kimi təsdiqlədi

Azərbaycan Mərkəzi Bankı “KorpON” MMC-ni “PAŞA Bank” ASC-nin rəsmi...

“Trendyol Azərbaycan”ın nizamnamə kapitalı 93 milyon manata qaldırıldı – kəskin artım

“Trendyol Azərbaycan” MMC-nin nizamnamə kapitalı kəskin artımla 93 milyon...

TikTok ilk dəfə Azərbaycan dilində rəqəmsal savadlılıq mövzusunda maarifləndirici layihəyə start verib.

TikTok Azərbaycanda rəqəmsal təhlükəsizlik üzrə ilk maarifləndirici layihə olan...

“Birmarket” – “Bir” rəqəmsal ekosisteminin e-ticarət platformasıdır

nlayn alış-verişdə sərhədsiz imkanlar təqdim edən, Umico artıq müştərilərinə...

Amazon-dan Çin Marketplace-lərinə Güclü Cavab: “20 Dollar və Aşağı” Ucuz Məhsullar Kateqoriyası

Amazon ABŞ-da ucuz onlayn alış-veriş üçün yeni alternativ yaradır Dünyanın...
spot_img