Azərbaycanda yeni kriptovalyuta istifadəyə verilib, alışı və satışı başlayıb

“Mobile Payment Solutions” MMC şirkəti (Portmanat brendi) “PortCoin” adlı kriptovalyutasını yaratdığını açıqlayıb.

Marja.az Şirkətin məlumatına istinadən xəbər verir ki, “PortCoin” kriptovalyutası “Portmanat” onlayn ödəniş sistemi üzərindən alışı və satışı “Portmant” istifadəçilərinin sərəncamına verilib.

PortCoin (PTC) rəqəmsal aktivlər və blokçeyn texnologiyalarını istifadə edərək müasir maliyyə sistemlərini inkişaf etdirmək məqsədilə yaradılımışdır və bununla əlaqədar 15 yanvar 2025-ci ildə Azərbaycan İnnovasiya Mərkəzində Baku Blockchain Meetup 2025 çərçivəsində Portcoin Kriptovalyutanın Təqdimatı və Blokçeyn-Kriptovalyuta haqqında digər mövzularda təqdimatlar baş tutacaq.

“Mobile Payment Solutions” MMC Mərkəzi Bank tərəfindən 8 iyul 2024-cü il tarixində verilmiş EPT-005 saylı lisenziya əsasında xidmətlər göstərir. 

PortCoin, Azərbaycan Mərkəzi Bankının “Xüsusi tənzimləmə rejimi” çərçivəsində sınaqdan keçiriləcək blokçeyn əsaslı kripto-aktivdir. Platforma istifadəçilərə kriptovalyuta alışı, satışı, idarəsi və xarici kripto pulqabılardakı vəsaitləri rahatlıqla Azərbaycan manatına (AZN) çevrilməsi xidmətlərini təklif edir. 

Xüsusiyyətlər:

1. Blokçeyn texnologiyası: Binance Smart Chain (BSC) üzərində BEP-20 standartı. 

2. Sadə əməliyyatlar:

 – Portmanat hesabı ilə kriptovalyutaları al, sat və AZN-ə çevir.

 – Digər PTC hesabları arasında köçürmələr. 

“PortCoin” kriptovalyutasının alışı və satışı üçün “Portmanat” tətbiqini yükləmək, qeydiyyatdan keçək və ASAN Sima ilə təsdiqləmək tələb olunur. Bu addımlardan sonra PTC adresi yaradılmalıdır. 

PTC adresi yaratmaq üçün aşağıdakı şərtləri mütləq yerinə yetirməyiniz vacibdir:

    1. SIMA ilə təsdiq: Hesabınızı Limitlər və imkanlar bölməsindən SIMA vasitəsilə təsdiq etməlisiniz.

    2. İki addımlı doğrulama: Təhlükəsizlik bölməsindən Google 2 faktorlu təsdiqləmə funksiyasını aktiv etməlisiniz.

Portcoin əməliyyatları üçün aşağıdakı limitlər tətbiq olunur:

    * PTC 1 aylıq alış limiti: 1000 AZN.

    * PTC 6 aylıq alış limiti: 5000 AZN.

    * PTC 1 aylıq satış limiti: 1000 AZN.

    * PTC 6 aylıq satış limiti: 5000 AZN.

spot_imgspot_img

Oxşar xəbərlər

ABŞ Poçt Xidməti Çin Dövlət Poçt Operatorlarından Bəzi Bağlamaların Qəbulunu Dayandırdı

"Növbəti bildirişədək" məhdudiyyət qüvvədədir. ABŞ Poçt Xidməti (USPS) bəyan edib...

“Google” süni intellektin silah istehsalında istifadəsinə qadağa ilə bağlı prinsiplərini yeniləyib

“Google” şirkəti süni intellektin silah istehsalında istifadəsinə qadağa ilə...

“Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir

İnnovasiya və sürət lideri “Bakcell” prestij və fərqliliyi sevən...

Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq

Reklam daşıyıcılarının əhatə dairəsi genişlənir. Bu, Milli Məclisin Aqrar siyasət...
spot_img