Trendyol Satışında Bakı Əsas Şəhər Oldu

Trendyol-un Bakı Kampaniyası Böyük Rəqəmlərlə yadda qaldı

2024-cü ilin noyabr ayında Trendyol Azərbaycanda ilk kampaniyasını keçirərək diqqətçəkən statistik göstəricilər əldə edib. Türkiyə, Azərbaycan, Orta və Şərqi Avropa və Körfəz regionunu əhatə edən ümumilikdə 15 ölkədə baş tutan bu kampaniyada platformanın gündəlik aktiv istifadəçi sayı 25 milyonu keçib. Xarici istifadəçilər üçün isə bu rəqəm 5 milyondan artıq olub.

35 Milyondan Çox Məhsul Satıldı

Kampaniya çərçivəsində 35 milyondan çox məhsul satılıb. Xarici bazarlara satılan məhsulların sayı isə 5 milyonu ötüb. Ümumilikdə, Trendyol platformasına 400 milyondan çox ziyarət daxil olub ki, bunun 55 milyonu xarici istifadəçilər tərəfindən həyata keçirilib. Bu göstəricilər Trendyol-un beynəlxalq bazarda sürətli genişlənməsini və xarici istifadəçilər arasında təsirinin artdığını göstərir.

Bakıda Trendyol İstifadəçiləri İlk Sıralarda

Ən çox alış-veriş edən xarici şəhərlər arasında Bakı əsas mövqelərdən birini tutub. Riyad və Buxarestlə birlikdə, Bakı da Trendyol üzərindən ən çox sifariş edən şəhərlər arasında yer alıb. Türkiyədə isə ən çox alış-veriş edilən şəhərlər arasında Bursa, Antalya və Kocaeli önə çıxıb. Xarici bazarlara məhsul satan iş ortaqlarının sayı isə 80 mini keçib və ixracat üzrə ilk sıralarda Bursa, Adana və Qaziantep qərarlaşıb.

spot_imgspot_img

Oxşar xəbərlər

Portcoin fəaliyyətini dayandırdı – İstifadəçilərin vəsaiti geri qaytarılacaq

Portcoin üzrə Azərbaycan Mərkəzi Bankı tərəfindən tətbiq edilmiş Xüsusi...

Bolt Azərbaycanda ilk sahibkarlıq akselerasiya proqramını elan etdi

Texnoloji nəqliyyat platforması Bolt, Azərbaycanda fəaliyyət göstərən sürücü və...

Whelp və CibPay əməkdaşlığa başlayıb

Azərbaycanın süni intellekt texnologiyaları sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərindən...

Azərbaycan bankları ödənişlərdə “Az-QR” standartına keçəcək

Azərbaycanda bütün ödəniş nöqtələrində alıcılara "QR"la ödənişlər təklif ediləcək. Bu...

Pasha Holding Sea Breeze ərazisində çatdırılma üçün yeni mobil tətbiq istifadəyə verib

İT innovasiya sahəsində fəaliyyət göstərən Competo MMC (Paşa Holdinqin...
spot_img