Kredit kartları ilə əlaqədar yeni tənzimləmələr gözlənilir

Azərbaycanda “kartdan karta” əməliyyatlarına dair ciddi tənzimləmələr nəzərdə tutulur.

Məlumata görə, vergi qaçırma hallarını aradan qaldırmaq məqsədilə bu əməliyyatların nəzarəti gücləndiriləcək. Mövzu ilə bağlı rəyini bildirən iqtisadçı və millət vəkili Vüqar Bayramov qeyd edib ki, bu sahədə yeni tədbirlər üzərində işlər aparılır və dəyişikliklərin tezliklə tətbiq edilməsi gözlənilir.

Millət vəkili vurğulayıb ki, vergi ödəyicisi olan şəxslərdən alınan ödənişlərin vergiyə cəlb edilməsi planlaşdırılır. “Bu, xüsusilə, vergi ödəməkdən yayınmaq məqsədilə ‘kartdan karta’ ödəniş tələb edənlərə qarşı tətbiq ediləcək. Hazırda bu mexanizm üzərində iş gedir və hüquqi bazanın hazırlanmasından sonra müzakirəyə çıxarılacaq”, – deyə Bayramov bildirib.

Vüqar Bayramov, həmçinin kredit kartları ilə bağlı yeni qaydaların tətbiq olunmasının müzakirə olunduğunu söyləyib. O, bu sahədəki çətinliklərə diqqət çəkərək, vətəndaşların istifadə etdikləri vəsaitləri müəyyən edilmiş müddət ərzində geri qaytarmamaları halında, yüksək cərimələrlə qarşılaşa biləcəklərini qeyd edib.

“Vətəndaş kredit kartı vasitəsilə məbləğdən istifadə etdikdən sonra təyin olunmuş müddət ərzində geri qaytarmırsa, bəzi banklar yüksək cərimələr tətbiq edir. Bu cərimələrin məbləği bəzən aylıq faizlər qədər yüksək ola bilər. Ona görə də bu istiqamətdə tənzimləmələrin sərtləşdirilməsi və məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur”, – deyə iqtisadçı əlavə edib.

Mənbə: Banco.az

spot_imgspot_img

Oxşar xəbərlər

ABB mobile-da gənclərə özəl yeni loyallıq proqramı– FaydaMania!

ABB Mobile gənclər üçün yeni qazandıran bir loyallıq proqramını...

Azərbaycanda “Gətirdim” çatdırılma xidməti işə düşür

Azərbaycanda "Gətirdim" çatdırılma xidməti istifadəyə verilir.  "Gətirdim" xidməti supermarketlər üçün...

“Azərpoçt” ötən il 124 minə yaxın ödəniş kartı buraxıb

2024-cü ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Azərpoçt”...

Turan United Payment-in Azərbaycanda lisenziya əsasında fəaliyyət göstərən ilk rəqəmsal pul kisəsi oldu

Türkiyənin ən böyük maliyyə tətbiqlərindən biri olan Turan, Azərbaycanda,...

“Kontakt home” bank xidmətləri göstərəcək

"Kontakt App" – Gələcəyin Bank Xidməti: Rahat, Sürətli və...
spot_img