Xarici startapa investisiya qoymaq üçün hesabdan xarici valyutada köçürmələrə icazə verilib

Azərbaycan Mərkəzi Bankı xarici startapa investisiya qoymaq üçün bank hesabından xarici valyutada köçürmələrə icazə verib.

Tech.az xəbər verir ki, AMB-nin sədri Taleh Kazımov “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi barədə 12 sentyabr 2024-cü il tarixdə qərar imzalayıb.

Qaydaya edilən dəyişikliyə əsasən, Azərbaycandan kənarda startapların nizamnamə kapitalında gələcək iştirak payının (səhmin) əldə edilməsi məqsədilə investisiyaların qoyulması (SAFE (simple agreement for future equity) müqavilələri) üzrə köçürmələr müvafiq investisiya obyekti ilə investor arasında bağlanmış müqavilə təqdim edilməklə və bir investor tərəfindən təqvim ili ərzində cəmi məbləği 100 000 ABŞ dollarından çox olmamaqla aparılmasına icazə verilib.

spot_imgspot_img

Oxşar xəbərlər

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...

Samir Məmmədov “Birmarket” CEO-su təyin edilib

Azərbaycanın ən böyük elektron ticarət platformalarından biri olan “Birmarket”də...

“Google Zero” nədir və niyə e-ticarət üçün təhlükədir?

“Google Zero” sənayedə işlənən bir ifadədir: Google axtarışının istifadəçini...

2026-cı ildə onlayn pərakəndəni yenidən formalaşdıracaq e-ticarət trendləri

Onlayn pərakəndə ticarət 2026-cı ilə iqtisadi təzyiqlər, istehlakçı davranışlarındakı...
spot_img