“Azərbaycan Fintex Assosiasiyası” bazarın inkişafı üçün təkliflər irəli sürüb

Azərbaycanın maliyyə bazarında innovativ inkişafın davamlı olması, “sandbox” rejimi çərçivəsində daha düzgün formada və planlaşdırılmış layihələrin sınaqdan keçirilməsi məqsədi ilə Mərkəzi Bankın dövlət sektoru ilə yanaşı həm də özəl sektordan aparıcı ekspertlərin cəlb edilməsi ilə innovativ həllər istiqamətində mərkəzi platformanın yaradılması təklif olunur.

Bu təkliflə “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Ruslan Talıbov Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda çıxış edib.

Bundan başqa, o deyib ki, Mərkəzi Bankın ötən ilin əvvəlində təsdiq etdiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf strategiyası”nda nəzərdə tutulduğu kimi fintexlərin fəaliyyət dairəsinin genişləndirilməsi təmin edilməli və onlar qarşısında yeni üfüqlər müəyyən edilməlidir: “Bu istiqamətdə fintexlərin Mərkəzi Bankın operatoru olduğu ödəniş sistemlərinə, o cümlədən Ani Ödəniş Sisteminə inteqrasiyası, dövlət layihələrində iştirakı imkanlarının formalaşdırılması, müəyyən sosial ödənişlərin innovativ ödəniş aləti olaraq elektron pulla həyata keçirilməsi, bununla da fintexlərə yeni imkanların yaradılması nəzərə alınmalıdır”.

Sədrin sözlərinə görə, bank olmayan ödəniş xidməti təşkilatçıları – elektron pul və ödəniş təşkilatları üzrə əlavə fəaliyyət növlərinə dair tələblərə yenidən baxılması gələcək innovativ inkişafın mühüm amillərindən biridir: “Bu təşkilatlara banklar üçün cəlbedici hesab edilməyən, lakin fintexlərin daha çevik reaksiya verə biləcəyi sahələrdə texniki xidmət təchizatçısı kimi çıxış etmək imkanı verilməsi ödəniş bazarında daha şaxəli inkişafa səbəb ola bilər. İnnovativ inkişafın təməl prinsiplərindən olan maliyyə inklüzivliyi sahəsində rəqəmsal həllər daha səmərəli formada tətbiq edilməlidir”.

© “Report” 

spot_imgspot_img

Oxşar xəbərlər

Azərbaycanda süni intellekt çat-botları bazarında ChatGPT liderdir

2026-cı ilin sentyabrında Azərbaycanda süni intellekt çat-botları bazarında ChatGPT-nin payı 86,3 faiz olub. Gemini-nin payı isə azalaraq 10,28 faizə düşüb.

Google Gemini-ni agent süni intellektə çevirir

Google, Gemini-ni planlaya, tapşırıqları icra edə və biznes tətbiqləri arasında işləyə bilən agent süni intellektə çevirir. Yeni sistem korporativ müştərilərə yönəlib.

OpenAI-ın gəliri proqnozdan 20 milyard dollar az çıxdı

OpenAI-ın illik gəlirinin əvvəlki proqnozlardan təxminən 20 milyard dollar az olduğu açıqlanıb. Bu, süni intellekt sektorunda maliyyə göstəriciləri ilə bağlı müzakirələri gücləndirir.

Uber və Çinin Pony.ai şirkəti Londonda robotaksi xidməti başladır

Uber və Çinin Pony.ai şirkəti Londonda robotaksi xidməti başlatmağı planlaşdırır və yaxın həftələrdə sınaqlara başlayacaq.

Goodfire süni intellekt agentlərini daha ucuz üsulla nəzarət edən monitorlar təqdim etdi

Goodfire şirkəti süni intellekt agentlərini daha az xərclə nəzarət edən yeni monitor sistemini təqdim edib.
spot_img