Azərbaycan “Binance”la milli iqtisadiyyatda blokçeynin tətbiqini müzakirə edib

Azərbaycan “Binance” şirkəti ilə milli iqtisadiyyatda blokçeyn texnologiyalarının tətbiqi və birgə tədbirlərin təşkili məsələlərini müzakirə edib.

Wecom.az İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinə (4SİM) istinadən xəbər verir ki, müzakirələr 4SİM-in icraçı direktoru Fariz Cəfərovun “Binance”ın Baş Marketinq Direktoru Reyçel Konlanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə baş tutub.

Tərəflər həmçinin universitetlər, təhsil müəssisələri və ekosistemin iştrakçıları ilə koordinasiya məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində 4SİM-in fəaliyyəti və həyata keçirdiyi layihələr barədə də məlumat verilib.

spot_imgspot_img

Oxşar xəbərlər

Bolt Azərbaycanda ilk sahibkarlıq akselerasiya proqramını elan etdi

Texnoloji nəqliyyat platforması Bolt, Azərbaycanda fəaliyyət göstərən sürücü və...

Whelp və CibPay əməkdaşlığa başlayıb

Azərbaycanın süni intellekt texnologiyaları sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərindən...

Azərbaycan bankları ödənişlərdə “Az-QR” standartına keçəcək

Azərbaycanda bütün ödəniş nöqtələrində alıcılara "QR"la ödənişlər təklif ediləcək. Bu...

Pasha Holding Sea Breeze ərazisində çatdırılma üçün yeni mobil tətbiq istifadəyə verib

İT innovasiya sahəsində fəaliyyət göstərən Competo MMC (Paşa Holdinqin...

OpenAI-dən Yeni Dövrün Başlanğıcı: ChatGPT Agent Artıq Kompüterinizin Əsl Operatorudur

OpenAI tənbəllər üçün deyil, gələcəyin istifadəçisi üçün nəzərdə tutulan...
spot_img