İlya Sutskever-in Safe Superintelligence təşəbbüsü 1 milyard dollar sərmayə cəlb edib

OpenAI-dan ayrılan Ilya Sutskever-in öz süni intellekt şirkətini qurduğunu daha əvvəl paylaşmışdıq. İndi isə şirkət rəhbərlərinin Reuters-ə verdiyi məlumata əsasən, Safe Superintelligence təhlükəsiz süni intellekt sistemləri yaratmağa kömək etmək üçün 1 milyard dollar sərmayə alıb.

Sərmayədarlar arasında Andreessen Horowitz, Sequoia Capital, DST Global və SV Angel kimi aparıcı şirkətlər yer alıb. Nat Friedman və Safe Superintelligence Inc.-in (SSI) CEO-su Daniel Gross tərəfindən idarə olunan NFDG adlı sərmayə ortaqlığı da bu investisiyada iştirak edib.

Gross verdiyi müsahibədə bildirib: “Təhlükəsiz süni zəka istiqamətində bir addım olan missiyamızı anlayan, hörmət edən və dəstəkləyən sərmayədarlarla əhatə olunmaq, xüsusən də məhsulumuzu bazara çıxarmazdan əvvəl bir neçə il tədqiqat və inkişaf üzərində işləmək bizim üçün çox vacibdir.”

Hazırda 10 nəfərlik işçi heyətinə malik olan Safe Superintelligence, yəni SSI, bu sərmayəni hesablama gücünü artırmaq və ən yaxşı mütəxəssisləri işə götürmək üçün istifadə etməyi planlaşdırır. Şirkət, Kaliforniya ştatının Palo Alto və İsrailin Tel-Əviv şəhərləri arasında yüksək etibarlı kiçik bir tədqiqatçı və mühəndis qrupu yaratmağa diqqət yetirəcək.

Şirkət rəsmən dəyərini paylaşmasa da, məsələyə yaxın mənbələr SSI-ın 5 milyard dollar dəyərində olduğunu bildiriblər.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...
spot_img