Hamster Kombat “Airdrop” tarixini elan etdi – 26 sentyabr 2024-cü il

Hələlik dəqiq detallar yoxdur və heç bir zəmanət də verilməyib.

“Airdrop” tarixi haqqında məlumat oyunun rəsmi Telegram kanalında dərc edilib. Başqa detallar hələlik açıqlanmayıb, mükafatın miqdarına təsir edəcək amillərlə bağlı məlumat isə 2024-cü ilin avqust ayının əvvəlində komanda tərəfindən açıqlanıb.

26 sentyabr 2024-cü ildə Hamster Kombat HMSTR tokenini buraxacaq və onu siyahıya alacaq. Bunun necə baş verəcəyi, o cümlədən hansı kriptobirjada siyahıya alınacağı haqqında hələlik heç bir məlumat yoxdur.

Hamster Kombat — Telegram-da oynanan “tıklama” oyunudur. Oyunda virtual sikkələr qazanmaq üçün ekrana ardıcıl olaraq toxunmaq lazımdır. Bu sikkələr həmçinin müxtəlif tapşırıqları yerinə yetirəndə, “boost”lar alanda (bot “clicker” də mövcuddur) və kombokartları topladıqda da verilir. Çoxları daim “tıklamaq” əvəzinə, məhz bu yolla qazanır.

Oyun 2024-cü ilin mart ayında istifadəyə verilib. Oyun tərəfindən verilən məlumata görə, avqust ayının əvvəlinə Hamster Kombat 300 milyon oyunçuya sahib idi. Planlar arasında layihəyə 1 milyard insanı cəlb etmək və HMSTR tokeninin mərkəzi olduğu bir-birinə bağlı oyunlar və xidmətlər ekosistemi qurmaq var.

Deyilənə görə, layihənin arxasında CarPrice və CarMoney şirkətlərinin həmtəsisçisi Eduard Qurinoviç dayanır. O özü daha sonra yalnız “komanda” ilə birlikdə Rusiyada Hamster Kombat brendinin hüquqlarını aldığını qeyd edib. Hamster Kombat-ın yaradılmasında Ad.ru holdinqinin də iştirak etdiyi iddia edilib.

spot_imgspot_img

Oxşar xəbərlər

Yandex Özbəkistanda yeni onlayn ticarət platformasını istifadəyə verib

Yandex Özbəkistanda rəsmi olaraq ölkədə yeni “Market” onlayn ticarət platformasını...

ABB mobile-da gənclərə özəl yeni loyallıq proqramı– FaydaMania!

ABB Mobile gənclər üçün yeni qazandıran bir loyallıq proqramını...

Azərbaycanda “Gətirdim” çatdırılma xidməti işə düşür

Azərbaycanda "Gətirdim" çatdırılma xidməti istifadəyə verilir.  "Gətirdim" xidməti supermarketlər üçün...

“Azərpoçt” ötən il 124 minə yaxın ödəniş kartı buraxıb

2024-cü ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Azərpoçt”...

Turan United Payment-in Azərbaycanda lisenziya əsasında fəaliyyət göstərən ilk rəqəmsal pul kisəsi oldu

Türkiyənin ən böyük maliyyə tətbiqlərindən biri olan Turan, Azərbaycanda,...
spot_img