Azərbaycanda nağdsız əməliyyatların həcmi 1,6 dəfə artıb

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə 2024-cü ilin iyul ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 249 min ədəd artaraq 18 milyon 340 min ədəd təşkil etmişdir.

Mərkəzi Bankdan bildirilib ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 19.5% artmışdır. Ödəniş kartlarında artım debet kartları üzrə 20.8%, kredit kartları üzrə 11.4% təşkil etmişdir.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.6 dəfə artmışdır. 2024-ci ilin iyul ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 7 milyard 280 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 6 milyard 102 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 168 milyon manatı POS-terminallar, 9.4 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 62.7%-ni təşkil etmişdir.

 Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə artım müşahidə olunur. Belə ki, keçən ilin iyul ayının sonu ilə müqayisədə bankomatların sayı 3%, POS-terminalların sayı 19.4% artmışdır.

spot_imgspot_img

Oxşar xəbərlər

Tron blokçeyn yaradıcısı Skoçlu Banan əsərini fantastik qiymətə alıb

İtaliyalı konseptual rəssam Maurisio Kattelanın əsəri - divara lentlə...

“Bitcoin” yeni rekord qıraraq 97 000 dolları keçdi

"Bitcoin" dəyəri tarixi maksimumu yeniləyərək 97 000 dolları (164.9...

“Perplexity” axtarış sistemində məhsul alışı da tətbiq edəcək

Belə ki, şirkətin süni intellektlə işləyən axtarış sistemi premium...

“Mastercard Azərbaycan” COP29 öncəsi “Dayanıqlı Kartlar” proqramının qlobal icrasını sürətləndirir

Azərbaycan dayanıqlı inkişaf məqsədləri istiqamətində, xüsusilə bərpa olunan enerji...

Uzum-un elektron ticarət sahəsində dövriyyəsi 3 dəfə artıb

Uzum Market-də təqdim edilən taksit məbləği və sifarişlərin sayı...
spot_img