BakıKart mobil tətbiqi 1 həftədir işləmir!

Ötən ilin iyun ayında AYNA tərəfindən rəsmi olaraq təqdim edilən avtobuslarda nağdsız ödəniş üçün hazırladığı yeni BakıKart mobil tətbiqi 1 həftədir ki, işləmir. Belə ki, nağdsız ödəniş etməklə balanslarını qaldırmaq istəyən BakıKart istifadəçiləri bu vəziyyətdən narazılıqlarını bildirirlər.

Ümumiyyətlə, BakıKart tətbiqi bizlərə təqdim edildikdən sonra istifadəçilər arasında mübahisəyə də səbəb olmuşdu. Belə ki, istifadəçilər tətbiqin “istifadəçi rahatlığı” tərəfində 10-15 il geridə qaldığını iddia edərək mürəkkəb dizayna və ya quruluşa sahib olduğunu vurğulayıblar. Məhz bu narazılıqlar digər alternativ ödəniş üsulları yarana qədər də davam etmişdi. İlk dəfə təqdim edildikdə Balansı yoxlamaq üçün dərin menyuya girməli olduğunuz və hətta avtobusların real vaxt rejimində xəritədə göstərilməsində problemlər yaşayan BakıKart tətbiqi bəzi yenilənmələrdən sonra bu problemlərin öhdəsindən gəlmişdi.

İndi isə gündəlik olaraq minlərlə istifadəçinin müraciət etdiyi BakıKart mobil tətbiqi demək olar ki, 1 həftədir işləmir. Bununla yanaşı qeyd edək ki, ötən aylarda m10 elektron pulqabı “BakıKART” ilə əməkdaşlığa başladığını elan etmişdi. Məhz bu əməkdaşlıq ilə m10-dan QR ödənişi yerinə yetirmək əlçatan edilmişdi. Budan əlavə, hazırda istifadəçiləri narahat edən bir digər mövzu ictimai nəqliyyatda ödənişlərin hələ də QR kimi “köhnə” hesab ediləcək texnologiyalar əsasından həyata keçirilməsidir. Əksər istifadəçi ödənişlərin bank kartı ilə daha operativ və rahat həyata keçirilə biləcəyinə inanır. Hətta, istifadəçilər avtobuslarda yer alan GPS sisteminin xətalı olmasından və real vaxt rejimində düzgün məlumat verməməsindən də narazı olduqlarını bildirirlər.

spot_imgspot_img

Oxşar xəbərlər

Portcoin fəaliyyətini dayandırdı – İstifadəçilərin vəsaiti geri qaytarılacaq

Portcoin üzrə Azərbaycan Mərkəzi Bankı tərəfindən tətbiq edilmiş Xüsusi...

Bolt Azərbaycanda ilk sahibkarlıq akselerasiya proqramını elan etdi

Texnoloji nəqliyyat platforması Bolt, Azərbaycanda fəaliyyət göstərən sürücü və...

Whelp və CibPay əməkdaşlığa başlayıb

Azərbaycanın süni intellekt texnologiyaları sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərindən...

Azərbaycan bankları ödənişlərdə “Az-QR” standartına keçəcək

Azərbaycanda bütün ödəniş nöqtələrində alıcılara "QR"la ödənişlər təklif ediləcək. Bu...

Pasha Holding Sea Breeze ərazisində çatdırılma üçün yeni mobil tətbiq istifadəyə verib

İT innovasiya sahəsində fəaliyyət göstərən Competo MMC (Paşa Holdinqin...
spot_img