TikTok-a qrup çatlarının yaradılması funksiyası əlavə edilib

TikTok mesajlaşma bölməsinə yeni imkanlar əlavə etməklə öz platformasının funksionallığını genişləndirir. Belə ki, bundan sonra istifadəçilər TikTok-un mesajlaşma bölməsində 32 nəfərdən təşkil edilmiş qrup çatlarını yarada bilərlər. Yaradılmış qrup çatında real zaman ərzində videolar paylaşmaq və onlara rəy bildirmək mümkündür. Lakin TikTok daxilindəki qrup çatları ilə bağlı bir nüans var.

Belə ki, platformanın 13 yaşdan 15 yaşına kimi olan istifadəçiləri üçün bu imkan aktiv deyil. 16-17 yaşlı istifadəçilər üçün isə qrup çatlarında bəzi məhdudiyyətlər nəzərdə tutulub. Məsələn yeniyetmə istifadəçi qrup çatlarına yalnız o halda qoşula bilər ki, həmin çatlarda onun minimum 1 nəfər ortaq dostu olsun. Bundan əlavə olaraq TikTok özəl mesajlarda stikerlərdən istifadə imkanını da reallaşdırıb. İstifadəçilər bu halda artıq hazır stikerlərdən istifadə edə və ya öz stikerlərini yaradaraq platformaya yükləyə bilərlər.

spot_imgspot_img

Oxşar xəbərlər

Walmart AI agentlərlə alış-verişə icazə verir, Amazon isə bloklayır

Walmart AI agentlərinin müştərilər adından alış-veriş etməsinə imkan verən texnologiyanı tətbiq edib, Amazon isə oxşar agentləri bloklayır.

ABŞ-ın CFTC-si süni intellekt forumunun gündəliyini açıqladı: ticarət və agentli maliyyə müzakirə olunacaq

ABŞ-ın CFTC-si süni intellekt forumunda ticarət və agentli maliyyənin bazarlara təsirini müzakirə edəcək.

ChatGPT PIN kodlu qorunan söhbətləri tətbiq etməyə başladı

ChatGPT istifadəçilərə söhbətlərini PIN kod və ya biometrik identifikasiya ilə kilidləmək imkanı verir.

OKX-ICE həmsədri Endryu Kuomo tokenləşdirilmiş səhmlərə etirazları təbii qarşılayır

OKX-ICE həmsədri Endryu Kuomo şirkətlərin tokenləşdirilmiş səhmlərə etirazlarını gözlənilən reaksiya adlandırıb.

Cardano Fondu Aİ-ni MiCA qaydalarını DeFi və staking-ə genişləndirməməyə çağırır

Cardano Fondu Avropa İttifaqına MiCA qaydalarının DeFi və staking-ə şamil edilməməsi çağırışı edib.
spot_img