Gömrük Komitəsindən daşıyıcı şirkətlər ilə bağlı yeni plan

Beynəlxalq daşımalarda iştirak edən milli şirkətlərin nümayəndələri ilə görüş keçirilib. Daşıyıcı institutunun daha da təkmilləşdirilməsi istiqamətində layihələr planlaşdırılır.

Avqustun 9-da Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində daşıyıcı şirkətlərin rəhbərləri və onların səlahiyyətli nümayəndələri ilə görüş keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı məlumatda bildirilir ki, Komitənin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan görüşdə DGK-nın, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının, Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyasının və 40-dan çox daşıyıcı şirkətlərin səlahiyyətli nümayəndələri iştirak ediblər.

Görüş gömrük-biznes dialoqu çərçivəsində gömrük qanunvericiliyi barəsində daşıyıcı şirkətlərin məlumatlandırılması və daşıyıcı institutunun daha da təkmilləşdirilməsi istiqamətində planlaşdırılan layihələr üzrə birgə müzakirələrin aparılması məqsədilə təşkil edilib.

Tədbirdə beynəlxalq daşımalar zamanı mal və nəqliyyat vasitələrinə dair məlumatların öncədən təqdim olunması yolu ilə təhlükəsizliyin və ticarətin asanlaşdırılmasının təmin edilməsinin gömrük orqanlarının qarşısında prioritet hədəflər kimi müəyyənləşdirildiyi diqqətə çatdırılıb. Bildirilib ki, Gömrük Məcəlləsinin 131-ci maddəsinin tələblərinə əsasən gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs gömrük orqanının müəyyən etdiyi qaydada və formada ilkin məlumatları əvvəlcədən gömrük orqanlarına təqdim etməlidir.

Daha sonra “Daşıyıcı institutunun inkişaf etdirilməsi” mövzusunda təqdimat nümayiş etdirilib, sözügedən mövzu ilə bağlı müzakirələr aparılıb.

Tədbirin sonunda daşıyıcı şirkətlərin nümayəndələrinin təklifləri dinlənilib və onları maraqlandıran suallara ətraflı cavablandırılıb.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...
spot_img