Yandex Özbəkistanda yeni onlayn ticarət platformasını istifadəyə verib

Yandex Özbəkistanda rəsmi olaraq ölkədə yeni “Market” onlayn ticarət platformasını istifadəyə verib. Şirkətin verdiyi məlumata görə, platforma artıq Daşkənd və qismən Daşkənd vilayətində fəaliyyət göstərir.

Yeni marketplace-də istifadəçilər elektronika, məişət texnikası, geyim, ev əşyaları və digər kateqoriyalara aid minlərlə məhsulu sifariş edə bilərlər. Sifarişləri həm Yandex Go mobil tətbiqi vasitəsilə, həm də platformanın rəsmi veb saytından vermək mümkündür. Məhsullar ya kuryer vasitəsilə, ya da çatdırılma məntəqələrinə (PVM) göndərilir. Hal-hazırda 60 çatdırılma məntəqəsi fəaliyyət göstərir, 2025-ci ilin sonunadək bu sayın 250-yə çatdırılması planlaşdırılır.

Yandex Lavka xidmətinin mini-anbarlarından məhsulların “bir kliklə” çatdırılması funksiyası da mövcuddur. Bu zaman istifadəçi Market üzərindən sifariş verdiyi məhsullara əlavə olaraq ərzaq və digər gündəlik tələbat mallarını da əlavə edə bilər, və bütün sifariş bir yerdə çatdırılır.

Çatdırılma xidmətlərinə gəldikdə, PVM-lərə və “bir kliklə” çatdırılmalar bütün sifarişlər üçün pulsuz olacaq. Kuryer vasitəsilə çatdırılma isə yalnız 1 milyon som və ya daha çox məbləğdə sifarişlər üçün pulsuz təqdim olunacaq.

Ödəniş üsullarına gəlincə, istifadəçilər sifariş zamanı onlayn kartla ödəniş edə bilər, eyni zamanda çatdırılma məntəqələrində və ya kuryer vasitəsilə nağd və ya kartla ödəniş imkanı da mövcuddur. Bundan əlavə, alış-veriş üçün Yandex Split vasitəsilə hissəli ödəniş (taksit) seçimi də təklif olunur.

Qeyd edək ki, Yandex Özbəkistanda artıq bir neçə digər xidmətlərlə də fəaliyyət göstərir. Şirkət 2022-ci ildə “ağıllı” kolonka satışına başlamış, 2024-cü ildə isə elektrik skuterlərinin icarəsini istifadəyə vermişdi. Yeni “Market” platforması isə Yandex-in regionda rəqəmsal iqtisadiyyatın inkişafına töhfə vermək niyyətini bir daha göstərir.

spot_imgspot_img

Oxşar xəbərlər

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...

Samir Məmmədov “Birmarket” CEO-su təyin edilib

Azərbaycanın ən böyük elektron ticarət platformalarından biri olan “Birmarket”də...

“Google Zero” nədir və niyə e-ticarət üçün təhlükədir?

“Google Zero” sənayedə işlənən bir ifadədir: Google axtarışının istifadəçini...

2026-cı ildə onlayn pərakəndəni yenidən formalaşdıracaq e-ticarət trendləri

Onlayn pərakəndə ticarət 2026-cı ilə iqtisadi təzyiqlər, istehlakçı davranışlarındakı...

2027-ci ilədək Azərbaycanda e-ticarət gəlirlərində kəskin artım gözlənilir

Asiya İnkişaf Bankının (ADB) açıqladığı yeni proqnozlara görə, Azərbaycanda...
spot_img