“Yandex” Almatıda robot kuryerlərlə yemək çatdırılmasına başlayıb.

İlk mərhələdə onlar Almali rayonu ərazisində fəaliyyət göstərəcək və “Yandex Go” tətbiqindən altı restorandan sifarişləri çatdıracaq.

Şirkət nümayəndələrinin verdikləri açıqlamada ərazini və müəssisələrin siyahısını genişləndirməyi planlaşdırdıqlarını bildiriblər.

Robot kuryerlər saat 11:00-dan 01:00-a qədər yemək çatdıracaq. Onların yük bölməsinin tutumu 60 litrdir. Eyni anda altı böyük pizza və dörd iki litrlik su şüşəsi yerləşə bilər.

Əgər sifarişin çatdırılması zamanı bütün robotlar məşğul olarsa, sifarişi adi kuryer çatdıracaq.

“Yandex” ilk dəfə 2019-cu ildə kiçik yüklərin daşınması üçün pilotsuz robot kuryerləri təqdim etmişdi. Onlar Moskva, İnnopolis, Roza Xutor və Krasnaya Polyana kurortlarında, həmçinin Leninqrad vilayətində Mürinoda fəaliyyət göstərirlər.

Şirkətin robotları kameralar, lidarlar, radarlar və ultrasəs sensorları ilə təchiz olunub, bu da onlara ətrafdakıları 100 metr məsafədə görməyə imkan verir.

Svetoforları, yol nişanlarını və digər obyektləri tanımaq üçün neyron şəbəkələrdən istifadə olunur.

spot_imgspot_img

Oxşar xəbərlər

Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq

Reklam daşıyıcılarının əhatə dairəsi genişlənir. Bu, Milli Məclisin Aqrar siyasət...

Reklama dair ümumi tələblər dəyişir

Bu, Milli Məclisin Aqrar siyasət komitəsində müzakirə edilən “Reklam...

Apple dəvət yaratmaq və tədbirləri təşkil etmək üçün yeni “Invites” tətbiqini təqdim edib

Apple, tədbirlər üçün rəqəmsal dəvətlərin yaradılmasını və təşkilini asanlaşdıran...
spot_img