Wildberries sifarişlərin çatdırılmasını qəzet köşkləri vasitəsilə sınaqdan keçirəcək


Pilot layihə Moskva, Sankt-Peterburq, Voronej və Tverdə yerləşən 26 nöqtədə başlayacaq

Qəzet köşklərində ölçüləri 35x45x38 sm-dən və dəyəri 10 min rubldan çox olmayan bağlamaları qəbul etmək mümkün olacaq. Bu barədə RBK şirkətin məlumatına istinadən yazır.

Sifariş üç gün ərzində götürülə bilər, lakin bu halda məhsulu yoxlamaq mümkün olmayacaq.
Sifarişi rəsmiləşdirərkən qəzet köşkünü çatdırılma məntəqəsi kimi seçmək mümkündür. Çatdırılma pulsuz olacaq.

2024-cü il 5 dekabrda Wildberries elan edib ki, malların istənilən çatdırılma məntəqəsinə qaytarılmasına icazə veriləcək. Bu, QR-kodlar vasitəsilə mümkün olacaq.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...
spot_img