Umico kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: komissiyasız alış-veriş imkanı

Umico, müştərilərinin alış-veriş təcrübəsini daha sərfəli və rahat etmək məqsədilə xüsusi kampaniyaya start verir.

25 may 2025-ci il tarixinədək qüvvədə olacaq kampaniya çərçivəsində Umico kredit xətti istifadəçiləri 12 ayadək müddətdə kreditlə edilən bütün alış-verişlərini komissiyasız həyata  keçirmək fürsətindən yararlana biləcəklər.

Bu xüsusi təklif elektronika, məişət texnikası, geyim və digər kateqoriyalar üzrə yüzlərlə məhsulu əhatə edir. Müştərilər sevimli məhsullarını Umico market platformasında seçərək, sadəcə “Kreditlə al” düyməsini klikləyib şəxsi məlumatlarını daxil etməklə müraciətlərini tamamlaya bilərlər. Ətraflı məlumat üçün: https://bit.ly/3GV0CVK

Qeyd edək ki, kampaniyadan həm yeni, həm də mövcud müştərilər yararlana bilərlər. 12 ayı keçən kredit müddətlərində isə komissiya faizləri əvvəlki qaydada qüvvədə qalır.

Kampaniyadan faydalanmaq üçün təqdim edilən ərizələrə cavab iş saatlarında 45 dəqiqə ərzində, qeyri-iş saatlarında isə növbəti iş günü saat 12:00-a qədər verilir. 

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...
spot_img