Umico.az Qarabağda: E-ticarət nəhəngi Şuşada ilk məntəqəsini açdı

Azərbaycanın aparıcı marketpleysi olan Umico.az Qarabağda genişlənmə strategiyası çərçivəsində Şuşa şəhərində ilk təhvil məntəqəsini istifadəyə verib.

Bu addımla şirkət ölkə hüdudları çərçivəsində böyümək hədəfinə daha da yaxınlaşıb. Yeni məntəqə ilə birlikdə Umico.az ölkə üzrə çatdırılma şəbəkəsini daha da genişləndirmiş və onlayn alış-verişin rahatlığını daha çox insana əlçatan etmiş oldu. 

Umico.az hal-hazırda 500 000-dən çox məhsul çeşidi ilə Azərbaycanın böyük onlayn ticarət platformasıdır. Gözəllik və baxım məhsullarından tutmuş, böyük və kiçik məişət texnikası, oyuncaqlar, usta alətləri, avtomobil ehtiyat hissələri və geymer aksessuarlarına qədər geniş çeşiddə məhsullar təklif edən platforma, müştərilərinə 7/24 sifariş imkanı və evə çatdırılma xidməti təqdim edir. Üstəlik Birbank taksit kartı sahibləri 24 aya qədər sərfəli taksit imkanından yararlana bilərlər. Platformanın təqdim etdiyi kredit şərtləri isə müştərilər üçün əlçatan və asandır. 

 Şuşadakı məntəqənin rəsmi açılışında çıxış edən Umico.az-ın Baş İcraçı Direktoru Rauf Qulaməliyev bildirib: Umico.az olaraq əsas hədəfimiz Azərbaycanın hər bir nöqtəsində müştərilərimizə rahat və sürətli xidmət göstərməkdir. Şuşada açdığımız yeni məntəqə ilə Qarabağ bölgəsindəki müştərilərimizə daha yaxın olmağı hədəfləyirik. Ölkənin böyük onlayn ticarət platforması olaraq texnologiya və rahatlığı birləşdirir, beləliklə müştərilərimizə ən yaxşı onlayn alış-veriş təcrübəsini yaşatmağa çalışırıq.” 

spot_imgspot_img

Oxşar xəbərlər

Mərkəzi Bank “KorpON” şirkətini “PAŞA Bank” ödəniş agenti kimi təsdiqlədi

Azərbaycan Mərkəzi Bankı “KorpON” MMC-ni “PAŞA Bank” ASC-nin rəsmi...

“Trendyol Azərbaycan”ın nizamnamə kapitalı 93 milyon manata qaldırıldı – kəskin artım

“Trendyol Azərbaycan” MMC-nin nizamnamə kapitalı kəskin artımla 93 milyon...

TikTok ilk dəfə Azərbaycan dilində rəqəmsal savadlılıq mövzusunda maarifləndirici layihəyə start verib.

TikTok Azərbaycanda rəqəmsal təhlükəsizlik üzrə ilk maarifləndirici layihə olan...

“Birmarket” – “Bir” rəqəmsal ekosisteminin e-ticarət platformasıdır

nlayn alış-verişdə sərhədsiz imkanlar təqdim edən, Umico artıq müştərilərinə...

Amazon-dan Çin Marketplace-lərinə Güclü Cavab: “20 Dollar və Aşağı” Ucuz Məhsullar Kateqoriyası

Amazon ABŞ-da ucuz onlayn alış-veriş üçün yeni alternativ yaradır Dünyanın...
spot_img