Türkiyədə xaricdən sifariş edilən məhsullara əlavə gömrük vergisi tətbiq edilib: Alış-veriş limiti 150 avrodan 30 avroya endirilib

Elektron ticarətdə qiyməti 30 avrodan yuxarı olan məhsullar üçün Avropa Birliyi ölkələrindən gəldikləri təqdirdə 30%, digər ölkələrdən gələnlər isə 60 % vergi tutulacaq.

4458 saylı Gömrük Qanununun Bəzi Maddələrinin Tətbiqinə dair Qərarda dəyişiklik edilərək, e-ticarətdə 30 avrodan, əczaçılıq mallarında isə 1500 avrodan yuxarı olmayan mallar üçün vergi tənzimləməsi edilib. Sözügedən qərar “Resmi Gazete”də dərc olunub.

Fiziki şəxsə poçt və ya sürətli yük daşımaları ilə gələn və kommersiya kəmiyyəti və ya xarakteri daşımayan və dəyəri 30 avrodan çox olmayan malların və dəyəri 1500 avrodan çox olmayan əczaçılıq mallarının dəyəri əsasında;

  • Əgər birbaşa Avropa Birliyi ölkələrindən gəlirsə, 30%
  • Başqa ölkələrdən gələnlər isə 60%
  • Xüsusi İstehlak Vergisi Qanununa əlavə edilən siyahıya daxil edilən mallar üçün əlavə 20% vergi tutulacaq.

Qərar 15 gündən sonra qüvvəyə minəcək.

Bundan əvvəl beynəlxalq onlayn alış-veriş limiti 150 avro idi. Yəni limit 150 avrodan 30 avroya endirilib. Əvvəllər vergi dərəcələri də fərqli idi. Əvvəlki tənzimləmədə Avropa İttifaqından gələn məhsullar üçün vergi 18 faiz, digər ölkələrdən gələn məhsullar üçün isə 30 faiz idi.

spot_imgspot_img

Oxşar xəbərlər

“AniPay” mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır

Mərkəzi Bank tərəfindən 4 mart 2026-cı il tarixindən etibarən...

Azərbaycanda “Süni İntellektə Hazırlıq İndeksi” hazırlanacaq

Azərbaycanda 2027-ci ilin iyun ayına kimi dövlət "Süni İntellektə...

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik Fəaliyyət Planı təsdiqlənib

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib. "Report" xəbər...

Azərbaycanda süni intellekt təhlükəsizliyinə dair tələblər formalaşdırılır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti süni intellekt...

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankının Rəqəmsal Valyuta Platforması tətbiq etməsi və...
spot_img