Azərbaycanda bonus kartları ilə ödəmələrin vergi tənzimləməsi müzakirə olunub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarlarla bonus kartları ilə ödəmələrin vergi tənzimləməsini müzakirə edib.

Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin təşkil etdiyi növbəti görüş “Ticarət şəbəkələrinin inkişafı” İctimai Birliyi və iri ticarət şəbəkələrinin nümayəndələri ilə onlayn formatda keçirilib. Görüşdə iştirak edən ölkənin aparıcı ticarət şəbəkələrinin təmsilçiləri yerli kənd təsərrüfatı məhsullarının alışı və satışı, həmçinin təqib və izləmə (“track and trace”) sisteminin tətbiqi ilə bağlı yaranan çətinliklər və onların həllinə dair təkliflər, həmçinin bonus kartları ilə ödəmələrin vergi tənzimləməsi kimi məsələləri müzakirə edib, iştirakçıların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı sualları cavablandırılıb.

Dövlət-biznes əməkdaşlığının inkişaf etdirilməsi və vergitutma mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı sahibkarların rəy və təkliflərinin öyrənilməsi istiqamətində görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.

spot_imgspot_img

Oxşar xəbərlər

OpenAI Astra modelini ChatGPT Plus abunəçilərinə təqdim edir

OpenAI, GPT-6 Astra modelini ChatGPT Plus abunəçilərinə təqdim edir.

PayTabs Amazon Payments Mena əməliyyatlarını 100 milyon dollara alır

Amazon, Yaxın Şərq və Şimali Afrika ödəniş əməliyyatlarını PayTabs-a 100 milyon dollara satır.

Qazaxıstanda Binance qrupunun regional hesablaşma mərkəzi yaradılacaq

Qazaxıstan Milli Bankı və Binance regional hesablaşma mərkəzi yaradılması üçün anlaşma memorandumu imzalayıb.

Concryt canlı ödəniş əməliyyatlarını izləmək üçün agent AI tətbiq edir

Concryt ödəniş əməliyyatlarının monitorinqi üçün agent AI sistemini işə salıb.

WB Bank faizsiz kredit limiti xidməti təqdim etdi

WB Bank müştərilərinə faizsiz kredit limiti təklif edən yeni xidmət təqdim edib.
spot_img