TikTok Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə start verir

TikTok Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə start verir. Layihənin məqsədi Azərbaycanda təhsil məzmununun inkişafına dəstək vermək və ölkənin hər yerindən istifadəçilərə rahat qısa video formatında biliklərini bölüşmək və öz üfüqlərini genişləndirmək imkanı yaratmaqdır. Layihə çərçivəsində ən yaxşı təhsil məzmunlu videoları yaradan TikTok istifadəçiləri platformadan mükafat olaraq iPhone qazanacaqlar.

TikTok qısa videolara baxmaq və yaratmaq üçün aparıcı platformadır, burada dünyanın hər yerindən 1 milyarddan çox istifadəçi hər gün nəinki əylənmək, həm də yeni bir şey öyrənmək üçün daxil olur. TikTok-da təhsil məzmununa maraq son bir neçə ildə həm dünyada, həm də Azərbaycanda əhəmiyyətli dərəcədə artıb. Belə ki, keçən il #kitabfest ədəbi layihəsi izləyicilərin diqqətini cəlb etmiş, bu layihə çərçivəsində Azərbaycanın hər yerindən istifadəçilər kitab tövsiyələrini bölüşmüş, sevdikləri ədəbi əsərləri müzakirə etmiş, Bakıda keçirilən Milli Kitab Sərgisindən aldıqları təəssüratlardan danışmış və daha çox oxumaq üçün bir-birini ruhlamdırmışdır.

Dünyanın hər yerindən təhsil məzmununu sevənləri artıq milyonlarla maarifləndirici videoda #LearnOnTikTok həştəqi birləşdirir. Bu həştəqdən istifadə edərək istifadəçilər xarici dilləri öyrədir, “lifehack”lər, gözəllik dərsləri, ləzzətli reseptlər və digər bilik və bacarıqları paylaşırlar.

Bu gün TikTok#LearnOnTikTok qlobal fenomenindən ilhamlanan və TikTok vasitəsilə öyrənmək və üfüqlərini genişləndirmək üçün Azərbaycandakı istifadəçilər icmasına dəstək olmaq məqsədi daşıyan #TikTokdanÖyrən təşəbbüsünü təqdim edir. Təşəbbüsün bir hissəsi olaraq istifadəçilər layihə həştəqdindən istifadə edərək müxtəlif mövzularda faydalı və maarifləndirici videolar paylaşmağa dəvət olunur: məişət “lifehack”ləri, stil və gözəllik üzrə tövsiyələr, kulinariya reseptləri və fitnes təlimlərindən tutmuş elmi biliklərə, müxtəlif fənlər üzrə dərslərə və mədəniyyət haqqında videolara qədər. İstifadəçilər üç kateqoriya üzrə ən yaxşı videolar üçün müsabiqədə iştirak edə bilərlər:

  • “Ən yaradıcı video” – iştirakçının materialı ən yaradıcı şəkildə təqdim etdiyi video.
  • “Ən yaxşı video” – müsabiqə dövründə ən çox baxış toplayan video.
  • “TikTok-da kəşf” – müsabiqə dövründə bütün iştirakçı videolar arasında ən çox baxış toplayan yaradıcı.

Hər kateqoriya üzrə qaliblər TikTok -dan iPhone smartfonu hədiyyə qzanacaqlar. Müsabiqədə iştirak etmək üçün istifadəçilər müsabiqənin mövzusuna uyğun olaraq ən azı 30 saniyəlik maarifləndirici video çəkməli, həmçinin 21 fevral – 21 aprel 2024-cü il tarixləri arasında #TikTokdanÖyrən həştəqi ilə öz hesablarına yerləşdirməlidirlər. Qaliblər aprelin 30-dək layihənin TikTok səhifəsində elan olunacaq.

“TikTok ilə əlaqəli layihələrin dəstəklənməsi bizə geniş auditoriyaya çatmağa və mədəni ifadənin müasir formaları ilə fəal şəkildə əlaqə yaratmağa imkan verir. Bu, həmçinin müasir tendensiyalara və cəmiyyətin maraqlarına uyğunlaşaraq mədəniyyət sektorunda müxtəlifliyi və yeniliyi təşviq edir. Bütövlükdə layihə Azərbaycanın mədəni irsi və kreativ ideyaları ilə TikTok platformasında əlaqə yaratmaq üçün unikal imkanlar yarada, məzmunu yerli auditoriya üçün daha əlçatan və cəlbedici edə bilər. TikTok platforması yaradıcılıq və innovasiya mərkəzidir. Əməkdaşlıq Azərbaycan auditoriyasının mədəniyyətini və maraqlarını əks etdirən cəlbedici və kreativ məzmunun yaradılmasına təkan verə bilər”, – deyə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova bildirib.

“Biz görürük ki, Azərbaycanda istifadəçilər getdikcə daha çox TikTok-a təkcə əylənmək və yaxşı vact keçirmək üçün deyil, həm də yeni nəsə öyrənmək və faydalı məlumatlar əldə etmək üçün daxil olurlar. Ümid edirik ki, #TikTokdanÖyrən layihəsi ölkənin hər yerindən daha da istedadlı yaradıcılara bilik, mədəniyyət yaymaq, məlumatları bölüşmək və ölkədəki istifadəçiləri inkişafa ruhlandırmaq üçün ilham verəcəl. ”, – deyə TikTok-un Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyatlar departamentinin rəhbəri Ekaterina Blinets şərh edib.

TikTok haqqında

TikTok aparıcı qısa video tətbiqidir. Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.

spot_imgspot_img

Oxşar xəbərlər

Azərbaycanda “E-KOB Evi” yaradılır

Azərbaycanda "E-KOB Evi"nin yaradılması üzərində işlər artıq yekunlaşmaq üzrədir. Bunu...

“Bitcoin”in qiyməti 100 000 dollar həddini keçdi

"Bitcoin"in qiyməti 100 min dolları keçərək tarixi maksimumunu yeniləyib. Bunu...

“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası

Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin aparıcı...

Trendyol 1 milyard dollar investisiya axtarır

Türkiyənin ən böyük e-ticarət platformalarından biri olan Trendyol, böyüməsini...

Mərkəzi Bankın xüsusi tənzimləmə rejimi: maliyyə sektorunda innovativ məhsulların sınaqdan keçirilməsində yeni dövr

Mərkəzi Bank maliyyə bazarlarında innovasiyaların inkişafını dəstəkləmək məqsədilə cari...
spot_img