TikTok-a qrup çatlarının yaradılması funksiyası əlavə edilib

TikTok mesajlaşma bölməsinə yeni imkanlar əlavə etməklə öz platformasının funksionallığını genişləndirir. Belə ki, bundan sonra istifadəçilər TikTok-un mesajlaşma bölməsində 32 nəfərdən təşkil edilmiş qrup çatlarını yarada bilərlər. Yaradılmış qrup çatında real zaman ərzində videolar paylaşmaq və onlara rəy bildirmək mümkündür. Lakin TikTok daxilindəki qrup çatları ilə bağlı bir nüans var.

Belə ki, platformanın 13 yaşdan 15 yaşına kimi olan istifadəçiləri üçün bu imkan aktiv deyil. 16-17 yaşlı istifadəçilər üçün isə qrup çatlarında bəzi məhdudiyyətlər nəzərdə tutulub. Məsələn yeniyetmə istifadəçi qrup çatlarına yalnız o halda qoşula bilər ki, həmin çatlarda onun minimum 1 nəfər ortaq dostu olsun. Bundan əlavə olaraq TikTok özəl mesajlarda stikerlərdən istifadə imkanını da reallaşdırıb. İstifadəçilər bu halda artıq hazır stikerlərdən istifadə edə və ya öz stikerlərini yaradaraq platformaya yükləyə bilərlər.

spot_imgspot_img

Oxşar xəbərlər

ChatGPT-nin 100 Dollarlıq Pro Planı: Codex İmkanları Genişlənir

OpenAI aylıq 100 dollarlıq yeni ChatGPT Pro abunəlik pilləsini elan etdi. Plan xüsusilə Codex kod yazma alətindən daha çox istifadəni dəstəkləmək üçün hazırlanıb.

WLFI və Justin Sun Arasında 75 Milyon Dollarlıq DeFi Davası

Trampla əlaqəli WLFI layihəsi ilə Justin Sun arasında 75 milyon dollarlıq DeFi krediti üzərindən ciddi hüquqi mübahisə yaranıb. Sun layihəni istifadəçiləri istismar etməklə ittiham edir.

Türkiyədə Yemək Sifariş Platformalarına Yeni Tənzimləmə

Türkiyə Ticarət Nazirliyi yemək sifariş platformalarındakı gizli xərcləri aradan qaldıran yeni qaydaları qüvvəyə mindirdi. Tənzimləmə milyonlarla istifadəçi və minlərlə restoranı əhatə edir.

Qırğızıstan Bişkək Yaxınlığında Nəqliyyat Layihəsi Başladı

Qırğızıstan paytaxt Bişkəkin yaxınlığında böyük miqyaslı nəqliyyat qovşağı layihəsini həyata keçirməyə başlayıb. Layihə logistika səmərəliliyini artırıb iqtisadi inkişafı dəstəkləyəcək.

Crusoe: Qaз Sahələrindən AI Fabriklərinə Gedən Startup Yolu

Denver mərkəzli Crusoe startapı köhnə qaz sahələrini portativ AI data mərkəzlərinə çevirərək süni intellekt sənayesinin enerji problemini həll etməyə çalışır.
spot_img