Shopify Birləşmiş Ərəb Əmirliklərində öz ödəniş infrastrukturunu erkən giriş proqramı çərçivəsində işə salıb. Xidmət hazırda seçilmiş satıcılar üçün əlçatandır.
Azərbaycan Mərkəzi Bankında departamentin adı dəyişdirilərək “Bazar davranışlarına nəzarət və tənzimləmə departamenti” olub və yeni Əsasnamə qüvvəyə minib.
AMB-də maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbəsi yaradılıb. İdarə Heyətinin sədrinin əmri ilə İlahə Baxışova-Tahirli şöbənin müdiri təyin edilib.
Revolut bəzi müştərilərinin şəxsi məlumatlarının sızdığını təsdiqləyib. Fırıldaqçılar saxta dövlət e-poçt domenindən istifadə edərək məlumatları ələ keçirib və gündəlik yayım hədəsi ilə çıxış edir.