200 min ədəd Apple Vision Pro satılıb

Rəsmi olaraq 2 Fevralda satışa çıxarılacaq olan Apple Vision Pro, 19 Yanvarda ön sifarişə açılmışdı. O gündən bəri isə təxminən 200 min ədəd Vision Pro satıldığı iddia edilir.

Apple’ın uzun müddətdir gözlənilən karma realiti gözlüyü 2 Fevralda rəsmi olaraq satışa çıxır. Lakin bundan əvvəl şirkət məhsulu ön sifarişə açmışdı və buna görə də indi təxminən 200 min Apple Vision Pro satıldıdığı güman edilir.

Apple, Vision Pro üçün ön sifarişləri 19 Yanvarda qəbul etməyə başlamışdı, beləliklə karma realiti gözlüyü ABŞ-da 10 gündür ki, alınması mümkün idi. Keçən bazar ertəsi günü Apple analisti Ming-Chi Kuo, Apple’ın cihaz üçün ön sifariş həftə sonu boyunca təxminən 160 min ila 180 min Vision Pro birimi sattığını iddia etmişdi. Hazırki məlumatlara baxıldığında isə satışların o zamandan bəri bir az yavaşladığını görmək mümkündür.

Buraxıldığı gün evə çatdırılan Vision Pro qulaqlıqları, ön sifarişlərin başlanmasından bir neçə saat sonra tükənmişdi və qısa bir müddət sonra mağazadan alma seçimləri əlavə edilmişdi. Beləliklə ilk sifarişlərin ardından qulaqlığa olan marağın bir az azalmaya başlaması da qəribə səslənmir.

Ming-Chi Kuo, Vision Pro’ya olan tələbin sürətlə azala biləcəyini deyir. Qulaqlığın qiyməti 3,500 dollardır və bu qiymət bir çox müştərinin büdcəsini aşır. Apple’ın təxminən yarım milyon Vision Pro qulaqlıq istehsal etməsi gözlənilir.

Yeri gəlmişkən YouTube və Spotify’ın Apple Vision Pro üçün tətbiq dəstəyi verməyəcəyini xatırladaq. Həmçinin Apple Vision Pro təmirinin maliyyətinin 2,399 dolları da iddia edilirdi. Bu da məhsulun alınmasında və ya alınmamasında vacib bir məqam ola bilər.

spot_imgspot_img

Oxşar xəbərlər

Yandex Özbəkistanda yeni onlayn ticarət platformasını istifadəyə verib

Yandex Özbəkistanda rəsmi olaraq ölkədə yeni “Market” onlayn ticarət platformasını...

ABB mobile-da gənclərə özəl yeni loyallıq proqramı– FaydaMania!

ABB Mobile gənclər üçün yeni qazandıran bir loyallıq proqramını...

Azərbaycanda “Gətirdim” çatdırılma xidməti işə düşür

Azərbaycanda "Gətirdim" çatdırılma xidməti istifadəyə verilir.  "Gətirdim" xidməti supermarketlər üçün...

“Azərpoçt” ötən il 124 minə yaxın ödəniş kartı buraxıb

2024-cü ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Azərpoçt”...

Turan United Payment-in Azərbaycanda lisenziya əsasında fəaliyyət göstərən ilk rəqəmsal pul kisəsi oldu

Türkiyənin ən böyük maliyyə tətbiqlərindən biri olan Turan, Azərbaycanda,...
spot_img