Revolut, səhmlərin satışı ilə 45 milyard dollar dəyərinə çatdı

İngiltərə mərkəzli fintech şirkəti Revolut, ikincil səhmlərin satışı vasitəsilə 45 milyard dollar dəyərinə çatdığını elan edib. Sözügedən satışın işçilərə likvidlik təmin edəcəyi bildirilib. Revolut, səhmlərin satışının Coatue və D1 Capital Partners ilə mövcud investor Tiger Global tərəfindən həyata keçirildiyini bildirib.

İkincil səhmlərin satışı, Revolut-un güclü maliyyə göstəricilərindən sonra gəldi. Şirkət, 2023-cü ildə əvvəlki ilə nisbətən 95 faiz artımla 2,2 milyard dollar gəlir və 545 milyon dollar vergi öncəsi rekord mənfəət əldə etdiyini bildirib. Bu yüksəliş tendensiyası 2024-cü ildə də davam edib və gəlir artımı 80 faizdən çox olub, mənfəət isə artıb. Dünyada 45 milyondan çox müştərisi olan şirkət, ilin sonuna qədər bu rəqəmi 50 milyona çatdırmağı hədəfləyir və istifadəçi bazasını sürətlə genişləndirməyə davam edir.

“Financial Times”ın yaydığı məlumata görə, bu dəyər, Revolut-un 2021-ci ildə SoftBank və Tiger Global-ın rəhbərliyi altında aldığı sərmayədən sonra çatdığı dəyərdən xeyli üstündür. O vaxt şirkətə 33 milyard dollar dəyər verilmişdi. 45 milyard dollarlıq yeni dəyər isə Revolut-u HSBC-dən sonra və Barclays, Lloyds Banking Group və NatWest-in önündə Böyük Britaniyanın ən dəyərli ikinci bankı edir.

Son dəyərlə Revolut-un rəqiblərini geridə qoymağa və qlobal fintech dünyasında lider oyunçu kimi mövqeyini gücləndirməyə davam etdiyini deyə bilərik.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...
spot_img