Regionda Vençur Kapitalı və İnnovasiyalara Yeni Nəfəs

2024-cü il sentyabrın 3-də regionun innovasiya ekosistemində önəmli bir hadisə baş verdi – Türk və Avrasiya Vençur Kapitalı və Özəl İnvestisiyalar Assosiasiyası (TEVCA) rəsmi olaraq fəaliyyətə başladı. Bu təşkilatın növbəti əhəmiyyətli görüşü 10 oktyabr 2024-cü ildə INMerge Innovation Summit çərçivəsində keçirildi.

TEVCA-nın əsas məqsədi sahibkarlar və investorların maraqlarını təmsil edərək, regionda vençur kapitalı və startapların önəmli səsi olmaqdır.

Assosiasiyanın təsisçiləri sırasında SABAH.fund, Caucasus Ventures (Azərbaycan), 500 Global in Eurasia (Gürcüstan), MOST Ventures, White Hill Capital (Qazaxıstan), Accelerate Prosperity, AdVentures (Qırğızıstan), Exponential Zaisan Partners, KITE Mongolia (Monqolustan), 212, The New Rising (Türkiyə), Sturgeon Capital (Böyük Britaniya), AloqaVentures və UzVC (Özbəkistan) yer alır. Eyni zamanda, müxtəlif ölkələrdən texnoparklar da bu strukturun bir hissəsidir.

TEVCA Qərb və Şərqi birləşdirən “İpək Yolu” ekosistemlərində bilik mübadiləsi, işgüzar əlaqələrin qurulması və davamlı təcrübələrin yayılması üçün platforma rolunu oynayır. Onun əsas fəaliyyət istiqamətləri icma quruculuğu, layihə və ideya mübadiləsi, siyasət tövsiyələrinin hazırlanması və təhsil proqramlarının həyata keçirilməsidir.

Tədbir iştirakçıları regionda innovasiyaların, vençur kapitalının və startap mühitinin inkişafı üçün əməkdaşlığın vacibliyini vurğuladılar. Xüsusi diqqət birgə investisiyalar və tərəfdaşlıq sövdələşmələrinin yaradılmasına yönəlib ki, bu da həm startaplar, həm də investorlar üçün əhəmiyyətli üstünlüklər təqdim edəcək.

Təşkilatın əsas prioritetlərindən biri regionda geniş yayılmaqda olan ESİ (Ekoloji, Sosial və İdarəetmə) standartlarının tətbiqini dəstəkləməkdir. Bu standartlar, xüsusən, dayanıqlı inkişaf və ekoloji məsuliyyət məsələlərini əhatə edir. COP29 çərçivəsində bu mövzular əsas diqqət mərkəzində olmuş və region üçün strateji əhəmiyyət kəsb edir.

TEVCA-nın missiyası regionda vençur kapitalının və özəl investisiyaların inkişafını təşviq etmək, mövcud problemləri həll etmək və innovasiya ekosistemini irəli aparmaq üçün platforma rolunu oynamaqdır. Assosiasiya regionu beynəlxalq investorlar üçün cəlbedici etmək və iqtisadiyyatın inkişafını sürətləndirmək niyyətindədir.

Tədbirdə TEVCA-nın region üçün əhəmiyyəti və fəaliyyət istiqamətləri təqdim edildi. Sessiya SABAH.fund-un həmtəsisçiləri Abbas Kazmi və Rəhim Bayramlının çıxışları ilə başladı. Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktor müavini Yasin Cəlilov isə Assosiasiyanın potensialı və fəaliyyətinə yüksək maraq göstərdiyini ifadə etdi.

Tədbirin mühüm hissələrindən biri region ölkələrini birləşdirəcək və startapları dəstəkləyəcək “Fund of Funds” layihəsinin müzakirəsi oldu. TEVCA regionu vençur kapitalı sahəsində qlobal lider mövqeyinə çatdırmağı, texnologiyaların inkişafına dəstək verməyi və insan kapitalının gücləndirilməsini təmin etməyi qarşısına məqsəd qoyur.

spot_imgspot_img

Oxşar xəbərlər

Mərkəzi Bank “KorpON” şirkətini “PAŞA Bank” ödəniş agenti kimi təsdiqlədi

Azərbaycan Mərkəzi Bankı “KorpON” MMC-ni “PAŞA Bank” ASC-nin rəsmi...

“Trendyol Azərbaycan”ın nizamnamə kapitalı 93 milyon manata qaldırıldı – kəskin artım

“Trendyol Azərbaycan” MMC-nin nizamnamə kapitalı kəskin artımla 93 milyon...

TikTok ilk dəfə Azərbaycan dilində rəqəmsal savadlılıq mövzusunda maarifləndirici layihəyə start verib.

TikTok Azərbaycanda rəqəmsal təhlükəsizlik üzrə ilk maarifləndirici layihə olan...

“Birmarket” – “Bir” rəqəmsal ekosisteminin e-ticarət platformasıdır

nlayn alış-verişdə sərhədsiz imkanlar təqdim edən, Umico artıq müştərilərinə...

Amazon-dan Çin Marketplace-lərinə Güclü Cavab: “20 Dollar və Aşağı” Ucuz Məhsullar Kateqoriyası

Amazon ABŞ-da ucuz onlayn alış-veriş üçün yeni alternativ yaradır Dünyanın...
spot_img