Kartdan-karta köçürmə üsulundan istifadə edən daha 258 obyekt cərimələndi

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti pərakəndə ticarət və iaşə obyektlərində nağd pul hesablaşmaları qaydalarının pozulması, istifadəsi məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və nağdsız ödənişlərin qəbulundan imtina hallarının qarşısının alınması məqsədilə vergi nəzarəti tədbirlərini davam etdirir.

Xidmətin yaydığı məlumatda bildirilir ki, nəzarət tədbirləri nəticəsində indiyədək 258 pərakəndə ticarət və iaşə obyektlərində ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsinə şərait yaradılması halları aşkarlanıb.

Həmçinin araşdırmalar zamanı 40-a yaxın sahibkarlıq subyektində POS-terminalların quraşdırılmadığı halları müəyyənləşdirilib. Həmin sahibkarlıq subyektləri ilə bağlı protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.

Xatırladaq ki, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə onların quraşdırılmaması və nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat, ikinci dəfə yol verildikdə 3.000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.

Dövlət Vergi Xidməti bir daha bildirir ki, nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir.

spot_imgspot_img

Oxşar xəbərlər

Google Universal Cart alış-veriş alətini ABŞ-da istifadəyə verdi

Google yeni Universal Cart alış-veriş alətini ABŞ-da istifadəyə verib. Alət Search və Gemini vasitəsilə istifadəçilərə təqdim olunur.

Ramp 60 milyard dollar dəyərlə AI sahəsinə daha dərindən girir

Fintech şirkəti Ramp 60 milyard dollar dəyərləməyə çatıb. Şirkət süni intellekt sahəsinə daha dərindən inteqrasiya etməyi planlaşdırır.

Colossal Biosciences nəsli kəsilmiş növlərin bərpası üçün GenoMorph süni intellekt platformasını təqdim edib

Colossal Biosciences nəsli kəsilmiş növlərin bərpası üçün yeni GenoMorph süni intellekt platformasını təqdim edib.

Rusiya Mərkəzi Bankı marketpleyslərdə problemlər fonunda oflayn pərakəndə tələbin artdığını qeydə alıb

Rusiya Mərkəzi Bankı marketpleyslərdə logistika problemləri fonunda oflayn pərakəndə ticarətdə tələbin artdığını qeydə alıb.

Ledger kripto hardware cüzdanını smartfona çevirməyi planlaşdırır

Ledger şirkəti təzyiqlər altında kripto hardware cüzdanını smartfona çevirmək planını açıqlayıb. Atom cihazı smartfon funksiyaları və qorunan rejim təklif edəcək.
spot_img