Rəqəmsal şəxsiyyət vəsiqəsinin tanınması Azercell-in bütün ofislərində təmin edilib

Abunəçilər artıq Azercell-in Eksklüziv ofisləri ilə yanaşı, diler ofislərində də rəqəmsal şəxsiyyət vəsiqəsilə rahat və operativ xidmətdən yararlana bilərlər

Abunəçilərinə ən yaxşı müştəri təcrübəsini təqdim etməyi hədəfləyən “Azercell Telekom” MMC artıq bütün satış və xidmət mərkəzlərində rəqəmsal şəxsiyyət vəsiqəsinin tanınmasını təmin edib.

16 sentyabr 2024-cü il tarixindən etibarən müştərilər Azercell Eksklüziv ofisləri ilə yanaşı, diler mağazalarında da rəqəmsal şəxsiyyət vəsiqəsi ilə istənilən əməliyyatı həyata keçirə bilərlər. Bunun üçün “mygov” tətbiqində şəxsiyyət vəsiqəsinə aid QR kodu və ya 8 simvollu unikal kodu təqdim etmək kifayətdir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə əməkdaşlıq əsasında həyata keçirilən bu layihə ilə Azercell abunəçilərinə daha çevik və rahat xidmət göstərməklə yanaşı, məlumat təhlükəsizliyini də yüksək səviyyədə təmin edir.

Xatırladaq ki, sözügedən dəyişikliklər Azercell Eksklüziv ofislərində 02.09.2024 tarixindən etibarən əlçatan olub. Bu yenilik Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 16 iyul tarixli Fərmanı əsasında icra edilir.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...
spot_img